Sumqayıtda hava

Cəmiyyət

Heç kim, heç nə unudulmamalıdır - HAY VERİN ilk sponsorunuz AKİF HƏSƏNOĞLUYA!

Heç kim, heç nə unudulmamalıdır - HAY VERİN ilk sponsorunuz AKİF HƏSƏNOĞLUYA!

Heç kim, heç nə unudulmamalıdır.

"7-17"-nin qalibləri - İzzət Bağırov, İradə İbrahimova, Teymur Əmrah, Aynur Dadaşova, Xəyalə Manaflı,

HAY VERİN ilk sponsorunuz AKİF HƏSƏNOĞLUYA!

Vaxtilə sumqayıtlı xeyriyyəçi Akif Həsənoğlunun (Zeynalovun) rəhbərlik etdiyi "Azmənzilsənayetikintitəmir" İstehsalat Birliyinin sayəsində 1991-95-ci illərdə ölkəmizin o vaxtlar böhran vəziyyətə düşmüş mədəniyyət və incəsənət sahələrinə böyük diqqət və qayğı göstərilirdi. Həmin illərdə bütün respublikaya səs salmış "7-17" telemüsabiqəsinə də düz beş il məhz Akif Həsənoğlu sponsorluq etmişdi.

Tanıyanlar, xatırlayanlar bilir, unudanlar üçün isə xatırlatmaq kifayətdir ki, Akif Həsənoğlu o adamdır ki, bütün həyatını Sumqayıtın neft-kimya sənayesi ilə bağlayaraq və öz təşəbbüsü, iradəsi ilə respublikanın ən iri təmir-tikinti müəssisəsini - "Azmənzilsənayetikintitəmir" İstehsalat Birliyini yaradaraq, 1990-cı ilin sonlarından etibarən Laçından, Qubadlıdan tutmuş bütün Qarabağ zonasında (Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam, Ağcabədi, Xocalı rayonlarında) və Azərbaycanın digər bölgələridə tərkibində 137 tikinti idarəsi olan 11 Təmir-Tikinti Tresti yaratmağa nail olmuşdu. O zaman həmin idarələrdə çalışan 5000-dən artıq işçinin 1200-dən çoxu daimi işlə, stabil maaşla təmin edilmiş qaçqın-köçkün həmvətənlərimiz idi.

O, Milli Ordumuzun yaradılmasına, onun silah-sursatla təmin edilməsinə, onlarla şəhid və döyüşçü, o cümlədən Azərbaycanın Milli Qəhrəmanları Əlif Hacıyevin, Yuri Kovalyovun ailələrinə, cəbhədə yaralanaraq müalicəyə ehtiyacı olanlara, mədəniyyət işçilərinə, Türkiyədə, Almaniyada, Rusiyada, Ukraynada təhsil alan ali məktəb tələbələrinə və s. təmənnasız yardımlar etmiş, ilk Daşaltı əməliyyatında həlak olmuş 40-dan artıq döyüşçünü "fəxri işçi" kimi, döyüşlərdə mərdliklə iştirak edən 50 nəfər milis işçisini isə (o vaxt polis yox, milis adlanırdı) inşaatçı kimi Birlikdə qeydə alaraq, onların hər birinin ailəsinə iki il ərzində aylıq maaş vermiş, Sumqayıtdakı 40 N-li məktəbin qaçqın, didərgin şagirdlərinə yeməklərin də iki il pulsuz verilməsini təmin etmişdi. Sumqayıtda bir-neçə məktəbin təmiri Birlik tərəfindən aparılmış, çox savab iş görülərək, Saray qəsəbəsindəki yeni məscidin layihələndirmə və tikinti xərcləri bütünlüklə həm Birliyin, həm də Akif müəllimin öz şəxsi vəsaiti hesabına ödənilmişdi. O zaman hətta respublikanın ağır böhran keçirən bir çox müəssisə və büdcə təşkilatları da kömək üçün kifayət qədər gəlirli olan həmin Birliyə, onun səxavətli rəisi Akif Zeynalova üz tuturdular. O isə hamını hörmətlə qarşılayar, heç kəsi naümid qaytarmaz, varını əsirgəməzdi.

Bəli, o illərdə respublikada çox böyük maliyyə imkanlarına malik olan, lakin özlərini, varidatlarını xalqdan gizlətməyə çalışan bir-çox gizli "oliqarxlar”dan fərqli olaraq, məhz Akif müəllimin rəhbərlik etdiyi, yüksək təşkilatçılığı və bacarığı hesabına maliyyə imkanları kifayət qədər yaxşı olan Birliyin sayəsində 1991-95-ci illərdə respublikamızın mədəniyyət, incəsənət sahələrinə mümkün qədər böyük diqqət və qayğı göstərilməyə başlanmışdı. O vaxtlar bütün respublikaya səs salmış "7-17" telemüsabiqəsinə də düz beş il məhz Akif Zeynalov sponsorluq etmişdi.

Hər zaman özündən öncə doğma xalqını düşünən, onun problemlərinin həllinə imkanı daxilində və hətta imkanı "xaricində" bacardığı hər şeyi etmiş bu vətənpərvər, qeyrətli adam Azərbaycanın ən ağır, çətin dövründə öz üzərinə xeyriyyəçilik missiyasını

götürərək, respublikamızın müxtəlif bölgələrində, o cümlədən Sumqayıtda ictimai-sosial obyektlərin - təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin təmirinə, respublika səviyyəli tədbirlərin keçirilməsinə və s. milyonlarla manat vəsait xərcləmişdir. Müqayisə üçün təkcə onu demək kifayətdir ki, təmənnasız xərclənmiş həmin külli miqdarda vəsait hesabına indi onlarla "göydələn", möhtəşəm şadlıq sarayları tikmək olardı. Ancaq Akif müəllim bunu etmədi, əvəzində minlərlə imkansızın, qaçqının, şəhid və döyüşçü ailələrinin qəlbində yalnız özünə məxsus olan "göydələnlər", "qalalar" ucaltdı...

Mühəndis bacarığı ilə yanaşı onu tanıyanları həm də yaradıcı istedadı ilə heyrətləndirən Akif Zeynalov ötən əyyamın 90-cı illərində teatr-kino aləminə dramaturq Akif Həsənoğlu kimi daxil olmaqla dövrün tələb və ehtiyacından doğan bir-neçə maraqlı pyes (o cümlədən "Yanmış evin nağılı", "Mənim ağ şəhərim" və s.) işləyib-hazırladı, aktuallığı və dramatikliyi ilə tamaşaçıların böyük marağına, diqqətinə səbəb olmuş "Mənim ağ şəhərim" filminin çəkilişinə nail oldu. O filmin ki, BMT-nin Azərbaycan üzrə o vaxtkı nümayəndəsi Paoolo Lembo Sumqayıtdakı rəsmi tədbirlərin birində çıxışını məhz həmin filmdən aldığı təəssüratla başlamışdı. O demişdi: "Mən bu şəhərə gələndə ilk olaraq Sumqayıta həsr olunan "Mənim ağ şəhərim” kinofilminə baxdım. Yəqin ki 20 ildən sonra mən artıq təqaüddə olacam. Ancaq arzu edərdim ki, təqaüdə çıxandan sonra bu şəhərə gələndə müəllifin arzu etdiyi o Ağ şəhəri görüm”.

"Mənim ağ şəhərim" Akif müəllimin eyni adlı pyesi idi ki, həmin əsər istedadlı rejissor, Xalq artisti Mərahim Fərzəlibəyov tərəfindən ilk dəfə Bakının "Meydan” Teatrında səhnələşdirilmiş, daha sonra isə H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili-Dram Teatrında, həmçinin İrəvanın və Ağdamın Dövlət Teatrlarında da oynanılmışdı.

Və çox nadir hadisə idi ki, tamaşanın mövzusu o dövr üçün çox aktual olduğundan Akif müəllimin dramaturq yaradıcılığının artıq üçüncü ilində - 1991-ci ildə M.Fərzəlibəyovun rejissorluğu ilə həmin tamaşa əsasında sovet reyiminə qarşı yönəlmiş kəskin süjetli, eyni adlı film çəkilir. Təsadüfi deyildi ki, filmdəki müxtəlif xarakterli rollara respublikamızın məşhur, korifey sənətkarları Həsən Məmmədov, Səyavuş Aslan, Amaliya Pənahova, Kamal Xudaverdiyev, nisbətən gənc nəsildən olan Yaşar Nuri, Firəngiz Mütəllimova, Rəfayel Dadaşov, Hacı İsmayılov və başqaları cəlb edilmişdilər.

Daha sonra bir-birinin ardınca Akif Həsənoğlu 10-a qədər pyes yazmışdır ki, onlardan da bir çoxu, o cümlədən Qarabağ faciələrimizdən bəhs edən "Yanmış evin nağılı” tamaşaya Sumqayıt Dövlət Dram Teatrının səhnəsində tamaşaya qoyulmuşdu .

"7-17"-nin sponsoru

Ötən dövrün 90-ci illərinin əvvəllərində Akif Həsənoğlunun ən böyük və diqqətəlayiq xidməti o zaman AzTV-də gənc istedadların üzə çıxarılmasında böyük rolu olan "7-17” telemüsabiqələrinin təşkili və populyarlaşmasına göstərdiyi maddi və mənəvi dəstək idi. İftixar doğurur ki, bu gün xalq tərəfindən sevilən, populyarlıq qazanmış İradə İbrahimova, İzzət Bağırov, Teymur Əmrah, Aynur Dadaşova və onlarla digərlərinin istedadları məhz həmin müsabiqələr zamanı aşkar edilib və onlar respublikada o vaxtdan sonra tanınmağa başlamışdılar. Məhz Akif Həsənoğlunun himayədarlığı ilə onların respublika televiziyasında və Heydər Əliyev sarayında, hətta Azərbaycan Dövlət Sirkində ilk çıxışları, uğurlu konsertləri təşkil olunmuşdu.

Təqdirəlayiqdir ki, "7-17” telemüsabiqəsindən sonra tanınmış həmin gənc müğənnilər hər zaman 1991-95-ci illər müsabiqəsinin yetirmələri olduqları ilə fəxr edir, yeri düşdükcə bunu səmimiyyətlə etiraf edirlər. Populyar müğənni İzzət Bağırov dörd il

əvvəl verdiyi müsahibələrinin birində demişdi: «7-17» dövlət müsabiqəsində iştirak etmişdim. Həmin vaxtlarda yeni qrup yaradılmışdı - «Vətən» qrupu. Mənim ilk addımlarım oradan başladı. Axırda da «7-17» müsabiqəsinin qalibi oldum. O vaxt mənim həyatımda böyük çevriliş oldu - 1995-ci ildə bir gecədə populyarlaşdım”.

O vaxt 9-10 yaşlı balaca qızcığaz olan, Bakı Dövlət sirkində oxuduğu "Bax belə!” mahnısı ilə hamının sevimlisinə çevrilmiş, hazırda müğənni və teleaparıcı kimi fəaliyyət göstərən Xəyalə Manaflının vikipediya səhifəsində də "7-17”-nin adı xüsusi vurğulanır. Həmin müsabiqənin daha bir qalibi - Ceyhun Nemətov da bir zamanlar "populyarlıq göylərində qartal kimi pərvaz etdiyini" iftixarla bildirir: "Bu sənətə «7-17» müsabiqəsindən gəlmişəm".

...İndi uzaqlarda qalmış o illərdə Akif Həsənoğlunun sayəsində "7-17”-nin "məktəbini” yüzlərlə gənc istedad - Nazilə Həsənova, Elvin Hacıyev, Kəmalə Əliyeva, Anar İsmayılov, Xəyalə Məmmədova və b. keçmişdi.

"Ağayi, biz ölülərə baxmırıq...”

Akif Həsənoğlunun həyatında çətin vaxtlar, işsiz qaldığı, ağır xəstə olduğu dövrlər də az olmayıb. Lakin o, bütün çətinliklərə kişi kimi, mərdi-mərdanə sinə gərərək, duruş gətirməyi bacarmış, taleyin ağır sınaqlarından mətanətlə, üzüağ çıxa bilmişdir.

...2013-cü ilin mayın 26-da Akif müəllim qəfildən ağır xəstəliyə - insulta düçar olur. Həkimlər onu sağaltmaq, xəstəliyin fəsadlarını, təsirini azaltmaq üçün əllərindən gələni edərək, onun daha da güclənməsinə imkan vermirlər. Uzun müddət yataq xəstəsi olur, əlinin, ayağının sərbəst hərəkəti məhdudlaşır, əlil arabasında hərəkət etməli olur.

Ağır xəstə olduğu həmin günlərdə yaxın bir dostu İrana gedərkən Akif müəllim ondan xahiş edir ki, ordan onun üçün də həkimlərin məsləhət gördüyü dava-dərmanlardan alıb gətirsin. Bir də dostundan xahiş edir ki, onun "beyninin şəkillərini” də ordakı həkimlərə göstərsin, görək nə deyirlər, nə məsləhət görürlər.

Dostu Təbriz klinikalarından birində iki saat növbəyə dayandıqdan sonra yaşlı bir professorun qəbuluna düşür və Akif Zeynalovun "beyin şəkillərini” ona göstərərək fikrini, məsləhətini öyrənmək istəyir. Professor diqqətlə baxıb, narazı halda qayıdır ki, "ağayi, bu nədir mənə göstərirsiz? Biz ölülərə baxmırıq”. Dostu deyir ki, "professor, nə ölü, hansı ölü? Bu adam sağ-salamatdır, sadəcə hələ müalicədədir”. Professor inana bilməyib, təəccüb edərək deyir: "ola bilməz! Əgər o, doğrudan da bu vəziyyətlə sağ-salamatdırsa, deməli, çox iradəli, dözümlü adamdır. Daha ona ölüm yoxdur!”.

"İgid odur – atdan düşə, atlana!..”. Həyat davam edir...

Həkimlərin səyi və daha çox özünün mətin iradəsi, mühəndis istedadı ilə düzəltdiyi 21 idman qurğusunda gündəlik məşqləri, yaşamaq eşqi sayəsində bu gün artıq kifayət qədər sağlam olan Akif müəllim əmək fəaliyyətini də, yaradıcılığını da davam etdirir.

Bəli, mərdliklə, mətinliklə - kişi kimi ömür sürərək, yenə də mənalı həyat yaşamaqda davam edən Akif Həsənoğlunun yazıb-yaratmaq eşqi bu gün də güclüdür və biz ona daha gözəl, sağlam həyat, yaradıcılıq nailiyyətləri arzulayaraq inanırıq ki, o, öz uğurları ilə bizləri hələ çox, uzun müddət sevindirəcəkdir.

...O, ilk uşaqlıq, gənclik illərində olduğu kimi yenə də "at belindədir” – qəlbən, ruhən də olsa belə! At isə "muraz”, murad deməkdir. O, Akif Həsənoğlunu hələ

çox muradına çatdracaq! Çünki onun həyat devizi budur: "İgid odur - hər əzaba qatlana, igid odur - atdan düşə, atlana!”

Rəhman ORXAN,

Azərbaycanın Əməkdar jurnalisti.

P.S. Düz bir ay sonra - oktyabrın 25-də özünün 75 illik yubileyini qeyd edəcək Akif Həsənoğlu həyatın ağır sınaqlarından sonra yetişdiyi bu şərəfli ömür məqamını çoxdan ayrı düşdüyü dost-tanışları, əlaqələrinin kəsildiyi, lakin heç vaxt unutmadığı, hər biri ilə fəxr edib, öyündüyü "7-17" telemüsabiqəsinin iştirakçıları, qalibləri ilə birgə, onların əhatəsində keçirmək arzusundadır. Akif müəllimlə əlaqə saxlamaq istəyənlər (050) 340-88-88 N-li telefona zəng edərək, onu sevindirə bilərlər.

...Artıq zəng etmək vaxtıdır, gecikməyək.

"Yenisumqayit.az"

Heç kim, heç nə unudulmamalıdır - HAY VERİN ilk sponsorunuz AKİF HƏSƏNOĞLUYA!

Heç kim, heç nə unudulmamalıdır - HAY VERİN ilk sponsorunuz AKİF HƏSƏNOĞLUYA!

Heç kim, heç nə unudulmamalıdır - HAY VERİN ilk sponsorunuz AKİF HƏSƏNOĞLUYA!

Heç kim, heç nə unudulmamalıdır - HAY VERİN ilk sponsorunuz AKİF HƏSƏNOĞLUYA!

Heç kim, heç nə unudulmamalıdır - HAY VERİN ilk sponsorunuz AKİF HƏSƏNOĞLUYA!

Heç kim, heç nə unudulmamalıdır - HAY VERİN ilk sponsorunuz AKİF HƏSƏNOĞLUYA!

Heç kim, heç nə unudulmamalıdır - HAY VERİN ilk sponsorunuz AKİF HƏSƏNOĞLUYA!

Heç kim, heç nə unudulmamalıdır - HAY VERİN ilk sponsorunuz AKİF HƏSƏNOĞLUYA!

Heç kim, heç nə unudulmamalıdır - HAY VERİN ilk sponsorunuz AKİF HƏSƏNOĞLUYA!

Heç kim, heç nə unudulmamalıdır - HAY VERİN ilk sponsorunuz AKİF HƏSƏNOĞLUYA!

Heç kim, heç nə unudulmamalıdır - HAY VERİN ilk sponsorunuz AKİF HƏSƏNOĞLUYA!

Heç kim, heç nə unudulmamalıdır - HAY VERİN ilk sponsorunuz AKİF HƏSƏNOĞLUYA!

Heç kim, heç nə unudulmamalıdır - HAY VERİN ilk sponsorunuz AKİF HƏSƏNOĞLUYA!





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR