Sumqayıtda hava

Cəmiyyət

Tanınmış yazıçı-publisist Eyruz Məmmədovla oxucuların görüşü keçirilib

Tanınmış yazıçı-publisist Eyruz Məmmədovla oxucuların görüşü keçirilib

Qədim Göyçə və Zəngəzur ellərindən başlayaraq xalqımıza qarşı törədilən erməni vandalizminin Qarabağda və Sumqayıtda davamının sənədli araşdırmaları, Moskva-Yerevan xain qruplaşmasının təkzibedilməz ifşası kimi 25 il əvvəl yaradımış "Sumqayıtın əks-sədası" ("Эхо Сумгаита") filmi bu gün də mənfur daşnak-neofaşist ideologiyasının iç üzünü, düşmənin vəhşi-yırtıcı planlarını bütün qabarıqlığı ilə açıb-göstərən qiymətli, əvəzsiz bir tarixi sənəd kimi Azərbaycanın ideoloji, haqq mübarizəsində mühüm yer tutur. Məhz bu film dünya ictimaiyyətinə bütün aydınlığı ilə göstərir ki, Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılaraq Ermənistana birləşdirilməsi ideyasının arxasında ermənilərin hələ 200 il əvvəl hiyləgərcəsinə düşünüb-daşındıqları, silahlı təxribatlara, terrorizmə, işğalçılığa əsaslanan "Dənizdən dənizə" ("Oт моря до моря") mənfur planı dayanıb ki, onu da ardıcıl olaraq Fransanın və ABŞ-ın terrorçu diaspor təşkilatlarının dəstəyi və təsiri ilə mənfur Mikoyan-Şahnazarov-Qorbaçov üçlüyü həyata keçirmək üçün bütün vasitələrdən istifadə etmişlər.

Ermənilərin işğalçılıq siyasətini, Qorbaçovun riyakar rejimini əsaslı dəlillərlə dünya ictimaiyyətinə çatdıran bu filmin yaradıcıları Azərbaycanın görkəmli sənədli filmlər rejissoru Davud İmanov və kinossenarist, respublikanın Əməkdar jurnalisti Eyruz Məmmədovdur.

1988-1994-cü illərdə Azərbaycanda baş verən hadisələri öyrənmək baxımından bu filmə və onun yaradıcılarından biri olan Eyruz Məmmədovun yaradıcılığına bütövlükdə göstərilən maraq Sumqayıtın yetişməkdə olan nəslində bu gün daha güclüdür. Sumqayıt şəhər Mərkəzi kitabxanalar sisteminin 10-cu mikrorayondakı filialında - Nizami Gəncəvi adına kitabxana-klubda bu vətənpərvər və mübariz yazıçı-publisistlə bügünlərdə keçirilən görüş də məhz elə bu maraqdan irəli gəlirdi.

Yazıçını oxucularla birlikdə qiraət zalında qarşılayan kitabxana direktoru Zərnigar Babayeva qonağı səmimi salamlayaraq, onun yaradıcılığı haqqında qısa məlumat verdikdən sonra "missiyasını" bitirərək, hörmətli qonağı oxucularla "təkbətək" qoymağa üstünlük verdi. Gəncləri Eyruz müəllimin yaradıcılığında hansı məsələlərin daha çox maraqlandırdığını yaxşı bilən fəal tələbə oxucu Aidə Əsədova tədbirin aparıcılığını öz üzərinə götürərək, ona ilk sualını ünvanladıqdan sonra oxucuların verdikləri bir-birindən maraqlı suallar onların yazıçının əsərləri ilə yaxından tanışlığından xəbər verirdi.

Əsasən gənclərdən ibarət olan auiditoriyaya məlum oldu ki, Eyruz Məmmədov yaradıcılığa hələ tələbə ikən başlamış və ilk hekayəsi 1971-ci ildə - 19 yaşında ikən çap edilmişdir. Bu gün isə o, artıq 20-dən çox ictimai-siyasi və bədii kitabların müəllifidir. Təsadüfi deyil ki, o, Azərbaycan Jurnalistlər və Yazıçılar Birlikləri ilə yanaşı Rusiya Beynəlxalq Jurnalistlər Assosiasiyasının da üzvüdür. Bir-neçə kinossenarinin ("Sumqayıtın əks-sədası", "Sumqayıt: Azadlığın əks-sədası", Cəbhə bölgəsində", "Sumqayıt" və s.), iri həcmli - 500 səhifəlik "Bir kəndin camaatı" bədii-etnoqrafik romanın, "28-dən 29-na keçən gecə", "2-ci paralel”, "Anata”, "P.S", Dama Pika”, "Mister Riç”, "Zöhra və Kənan”, "Qaranlığın çırağı" və digər oxucu marağı doğuran əsərlərin, roman və povestlərin müəllifi olan Eyruz Məmmədov "Qızıl qələm", "Həsən bəy Zərdabi" və "Araz" Ali-bədii mükafatlarının laureatıdır. Əsərləri rus, alman və ingilis dillərinə tərcümə edilmişdir.

Bədii əsərlərində romantizm, humanizm kimi yüksək hisslərin güclü olduğu yazıçı həm də və ilk növbədə xalqını bütün varlığı ilə sevən vətənpərvər, prinsipial vətəndaşlıq mövqeyi ilə seçilən bir adamdır. Oxucuların verdikləri suallar da məhz yazıçının və onun

qəhrəmanlarının xarakterləri arasındakı paralelləri, həm də ziddiyyətləri müəyyənləşdirmək məqsədi daşıyırdı.

Gənc oxucularla yanaşı Eyruz Məmmədovun yaradıcılığını uzun illər izləyən, əsərlərini maraqla oxuyan, yazıçı ilə görüşmək üçün Saray qəsəbəsindən bu tədbirə gələn veteran mühəndis Cavanşir Rüstəmov verdikləri suallara dolğun, ətraflı cavablar almaqla bir daha əmin oldular ki, müəllifin müsbət qəhrəmanlarının ən yüksək insani keyfiyyətləri məhz onun özündən, mənəvi dəyərlərindən irəli gəlir. Mənfi obrazlar isə təbii ki, həyatda rast gəldiyi mənəviyyatsız adamların prototipləridir.

Oxucular təkcə sual verməklə kifayətlənməyib, yazıçının bir sıra əsərlərindəki epizodlara, məqamlara toxunaraq, yazıçının həmin epizodlarla bağlı fikirlərini də öyrənməyə çalışmışlar.

Görüş Eyruz Məmmədovun yaxşı jurnalist, bacarıqlı filoloq və digər sənət sahibi olmaq istəyənlərə mühüm tövsiyəsi ilə - kitablardan, kitabxanalardan heç vaxt ayrılmamaq tövsiyəsi ilə yekunlaşdı.

Tədbirin sonunda yazıçı oxucularına avtoqrafla kitablarını bağışladı və onlarla birgə xatirə şəkilləri çəkdirdi.

 

Rəhman ORXAN.

"Yenisumqayit.az"

Tanınmış yazıçı-publisist Eyruz Məmmədovla oxucuların görüşü keçirilib

Tanınmış yazıçı-publisist Eyruz Məmmədovla oxucuların görüşü keçirilib

Tanınmış yazıçı-publisist Eyruz Məmmədovla oxucuların görüşü keçirilib





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR