Sumqayıtda hava

Manşet, Cəmiyyət

“Regionlarda gənclərin turizm bacarıqlarının inkişaf etdirilməsi” layihəsi davam edir

“Regionlarda gənclərin turizm bacarıqlarının inkişaf etdirilməsi” layihəsi davam edir

Oktyabrın 13-də Xızı rayonunda Gənclər Fondunun maliyyə, Xızı rayon Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə "Sumqayıt Tələbələri” ictimai birliyi tərəfindən "Region gənclərinin turizmin inkişafında rolunun artırılması” layihəsi çərçivəsində növbəti təlim keçirilib.

Tədbiri giriş sözü ilə açan "Sumqayıt tələbələri” İctimai Birliyinin sədri Rüfət Mahmudzadə iştirakçılara layihənin məqsədlərinin - turizmin inkişaf potensialı olan şimal regionunda gənclər arasında maarifləndirmə işlərinin aparıması, onların fəallıqlarının artırılması, bu sahəyə dəstək vermək barədə məlumat verdi.

Xızı rayon Gənclər və İdman Baş İdarəsinin əməkdaşı Kamran Quliyev çıxışında rayonda turizmin inkişafı sahəsində aparılan işlər, ölkənin daxili turizminin inkişafında rolu, aparılan məqsədyönlü işlər barədə danışdı.

Təlim turizm, təhsil və İKT sahəsində ekspert və təlimçi Ramil Süleymanov tərəfindən keçirildi. Təlim zamanı gənclər üçün rollu oyun, simulyasiya, qrup işləri təşkil olundu. Gənclərin turizmlə bağlı ideyaları öyrənildi və təlimçi tərəfindən bu ideyaların həyata keçirilməsi yollarından danışıldı. Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olundu.

Layihə çərçivəsində növbəti təlimlərin Siyəzən, Quba və Qusar rayonlarında təşkil olunması nəzərdə tutulub.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Aprel 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

KATEQORIYALAR