Sumqayıtda hava

Cəmiyyət

Sumqayıt Texnologiyalar Parkının rəhbər heyəti Bakı Mühəndislik Universitetində

Sumqayıt Texnologiyalar Parkının rəhbər heyəti Bakı Mühəndislik Universitetində

Sumqayıt Texnologiyalar Parkının rəhbər heyəti Bakı Mühəndislik Universitetində

Universitet - İş dünyası əlaqələrinə önəm verən Bakı Mühəndislik Universitetində daha bir görüş keçirilib.

Sumqayıt Texnologiyalar Parkının Baş direktoru Emin Məmmədov, Peşəkar İnkişaf Mərkəzinin direktoru Abbas Abbasov, Peşəkar İnkişaf Mərkəzinin direktor müavini Fərəc Əsədullayevi universitetin rektoru, professor Havar Məmmədov qəbul edib. Rektor şirkət nümayəndələrinə gənc universitetin fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirib ki, müasir tələblərə uyğun mühəndislik ixtisasları açılıb, tədris müasir tələblərə və standartlara uyğun təşkil olunub. Ölkədə gedən dinamik inkişaf, müasir texnologiyalarla təhciz olunmuş zavod və fabriklərin nəinki Bakıda, eləcə də rayonlarda açılması universitetlərin məsuliyyətini daha da artırır. Çünki, yeni açılan zavodların daha səmərəli fəaliyyəti üçün bilikli, müasir texnologiyaları mənimsəyən kadrlar lazımdır. Bu kadrların hazırlanmasını da universitet və şirkətlərin əməkdaşlığı ilə yetişdirmək mümkündür. Bakı Mühəndislik Universitetinin gənc və savadlı kadr potensialı var. Bu auditoriyanı, nəzəri hissəni əhatə edir. Yüksək səviyyəli kadrlar nəzəriyyə ilə yanaşı təcrübəsi də olanlar hesab olunur. Universitetin tərkibində müasir laborotoriyalar quraşdırılıb, Texnoparkımız var, amma tələbələrin istehsalatı canlı görmələri tamamilə fərqlidir. Həm də tələbələrin istehsalatı görmələri onların dərsə həvəsini daha da artırır. Yaxşı mütəxəsis olmaq üçün tələbələr arasında rəqabətə gətirib çıxarır. Bu universitetdə müəllim-tələbə münasibəti və tələbələrin dərsə yanaşmaları yüksək səviyyədədir. Bunun üçün də biz dövlət və özəl şirkətlərlə əməkdaşlığımızı inkişaf etdirməyə maraqlıyıq.

Universitetin maddi-texniki bazası ilə tanış olduqlarını qeyd edən Emin Məmmədov səmimi qəbula görə təşəkkür edib. Təmsil etdiyi şirkətin tərkibində 14 zavodun fəaliyyət göstərdiyini qeyd edib. Bildirib ki, istehsalat çox mürəkkəb sahədir. Çünki burada savadlı mühəndislərə çox ehtiyac var. Ümumiyyətlə dünyada gənclər mühəndisliyə meyilli olmurlar, əsasən iqtisadiyyat və humanitar sahələrdə təhsil almağı seçirlər. Azərbaycanda isə bu sahəyə olan dövlət dəstəyi gənclərin mühəndislik ixtisasını seçməsinə stimul olur. Çünki onlar düşünürlər ki, təhsillərini başa vurduqdan sonra işsiz qalmayacaqlar. Amma bu gün şirkətlər əsasən mütəxəssis baxımından əziyyət çəkirlər. Bizim şirkət bir çox layihələr həyata keçirir. Ancaq yerli mütəxəssis olmadığından məcbur qalıb xaricdən dəvət edirik. Bu isə müvəqqətidir, çıxış yolu deyil. Hörmətli rektor, sizin də dediyiniz kimi biz də çıxış yolunu universitetlə əməkdaşlıqda görürük. Bu gün burada gördüklərimiz bizim doğru istiqamət seçdiyimizi təsdiqlədi. Xüsusən Texnopark bizə çox maraqlı gəldi. Ümid edirəm ki, birlikdə bu problemin həlli istiqamətində uğurlu işlər görəcəyik.

Qonaqlar universitetin maddi-texniki bazası ilə tanış olublar.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR