Sumqayıtda hava

Cəmiyyət

Poliatlon çoxnövçülüyü üzrə Sumqayıt şəhər birinciliyinin qalibləri mükafatlandırıldı

Poliatlon çoxnövçülüyü üzrə Sumqayıt şəhər birinciliyinin qalibləri mükafatlandırıldı

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsi və şəhər Təhsil şöbəsinin birgə təçkilatçılığı ilə 6-7 oktyabr 2017-ci il tarixlərində 22 nömrəli tam orta məktəbdə Ali, orta ixtisas, peşə liseyləri və ümumtəhsil məktəbləri arasında Çağırışa qədər və çağırış yaşlı gənclərin payız çağırışına həsr edilmiş "Marş irəli” devizi altında "Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə şəhər birinciliyi keçirilib. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda Ali, orta ixtisas və peşə liseyləri arasında Sumqayıt Dövlət Texniki Kollecin komandası birinci (580 xal), 1 nömrəli peşə liseyinin komandası ikinci (487 xal), 3 nömrəli peşə liseyinin komandası isə üçüncü (475 xal) yeri tutublar.

Ümumtəhsil məktəbləri arasında keçirilən yarışda 38 (484 xal), 43 (404 xal), 7 (479 xal) nömrəli tam orta məktəbin komandaları müvafiq olaraq I, II, III yerlərə layiq görülüb.

Yarışın qalib və mükafatçıları fəxri fərman, kubok və hədiyyələr ilə təltif olunub.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR