Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıtda şəhid Əbdülməcid Axundova həsr edilmiş QƏHRƏMAN GÜNÜ

Sumqayıtda şəhid Əbdülməcid Axundova həsr edilmiş QƏHRƏMAN GÜNÜ

Oktyabrın 15-də Sumqayıt şəhər "Poeziya evi”ndə Nizami Gəncəvi adına Kitabxana Klubun təşkilatçılığı ilə Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, manqa komandiri Əbdülməcid Axundovun döğum gününə həsr olunmuş "Mən şəhid oldum ki, Vətən yaşasın” adlı Qəhrəman günü keçirildi.

Tədbirdə şəhidin ailə üzvləri, KİV təmsilçiləri, ədəbiyyat xadimləri, şəhər ictimaiyyətinin nümayəndələri, qazilərimiz, həmçinin də Aprel döyüşləri zamanı igidlik göstərərək şəhid olmuş digər şəhidlərimizin doğmaları iştirak etdilər.

Çıxış edənlər Əbdülməcid Axundovla bağlı xatirələrini bölüşüb, onun hələ uşaqlıq illərindən Vətənə, Millətə bağlılığından söhbət açıblar. Çıxışlarda işğal altında olan torpaqlarımızın tezliklə azad olunacağına, şəhidlərimizin qanının yerdə qalmayacağına inam ifadə olunub. Vətənpərvərlik mövzusunda şeirlər və nəğmələr səsləndirilib, Ə.Axundovun həyatının müxtəlif anlarını əks etdirən video-təqdimat izlənilib.

Tədbirdən sonra Sumqayıt şəhər Şəhidlər Xiyabanında Ə.Axundovun və digər şəhidlərin məzarları ziyarət edilib, dualar oxunub, əklil qoyulub. Sonda ehsan süfrəsi verilib.

Şəhid Ə.Axundovun anası Ceyran Axundova:

"Şəhidimiz Əbdülməcidin xatirə gününü qeyd etmək üçün böyük hörmət və ehtiramla yanımda olan hər kəsə - bütün şəhid ailələrinə - Beyləqan rayonundan Tural Əhlimanlının, Ramin İbadovun valideynlərinə, Neftçala rayonundan şəhid Elmdar Səfərovun, Mahir Quliyevin, Mahir Mirzəyevin, Rəşad Niftalının, Seymur Baxışovun, Şülan Bayramovun, Fəxrəddin Qurbanlının, Müşfiq Orucovun, Emin Bağırovun, Xaliq Əzizzadənin, Əlizamin İslamovun, Rəşad Cəfərzadənin, Zakir Cəfərovun, Mahmud İbrahimovun ailələrinə, o cümlədən gələn bütün qonaqlara dərin minnətdarlığımı bildirirəm.Belə tədbirlər bütün şəhidlərimizə ithaf olunur."

Allah rəhmət etsin.

"Yenisumqayit.az"

 

Sumqayıtda şəhid Əbdülməcid Axundova həsr edilmiş QƏHRƏMAN GÜNÜ

Sumqayıtda şəhid Əbdülməcid Axundova həsr edilmiş QƏHRƏMAN GÜNÜ

Sumqayıtda şəhid Əbdülməcid Axundova həsr edilmiş QƏHRƏMAN GÜNÜ

Sumqayıtda şəhid Əbdülməcid Axundova həsr edilmiş QƏHRƏMAN GÜNÜ

Sumqayıtda şəhid Əbdülməcid Axundova həsr edilmiş QƏHRƏMAN GÜNÜ

Sumqayıtda şəhid Əbdülməcid Axundova həsr edilmiş QƏHRƏMAN GÜNÜ





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR