Sumqayıtda hava

Manşet, Cəmiyyət

"İnsanlara sevinc bəxş etmək həyatımın qayəsidir." - Sevinc Allahyarova ilə MÜSAHİBƏ

"İnsanlara sevinc bəxş etmək həyatımın qayəsidir." - Sevinc Allahyarova ilə MÜSAHİBƏ

ƏN BÖYÜK XOŞBƏXTLİK MƏNƏVİ GÖZƏLLİYƏ VƏ XEYİRXAHLIQ HİSSLƏRİNƏ SAHİB OLMAQDIR

Mən yer üzündə müəllim adından yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq».

Heydər Əliyev,

Ümummilli lider


Müsahibim müəllimlik fəaliyyəti ilə yanaşı, xeyirxahlığı, səmimiyyəti, şəfqəti, özünəməxsus məğrurluğu və digər gözəl xüsusiyyətləri ilə seçilən, sevilən, insanlara səadət bəxş edən, məsuliyyətlə işləməyi özünə insanlıq borcu bilən Əlil Qadınlar Cəmiyyəti Sumqayıt şəhər şöbəsinin sədri Sevinc Allahyarovadır.

Qısa tanışlıq:

Sevinc Məlikhəsən qızı Allahyarova 1977-ci ildə Sumqayıt şəhərində anadan olub. 1994-cü ildə Sumqayıt şəhər 7 nömrəli tam orta məktəbi bitirərək, Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinə daxil olub. Universitetin qiyabi şöbəsini 1999-cu ildə bitirsə də, Sevinc xanım pedaqoji fəaliyyətə 1997-ci ildən Sumqayıt şəhər 7 nömrəli tam orta məktəbdə başlayıb. Hazırda həmin məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyir. Ailəlidir, 1 övladı var.

- Dözüm və fədakarlıq Azərbaycan qadınına xas olan ən yaxşı xüsusiyyətlərdir. Bir neçə ay bundan öncə Respublika Əlil Qadınlar Cəmiyyətinin Sumqayıt şəhər şöbəsinə sədr seçilmisiniz, yeni işinizin çətinlikləri sizi qorxutmur ki?

- Yeni işimə, daha dəqiq desəm, fəaliyyətimin yeni səhifəsinə böyük məhəbbətlə və məsuliyyətlə başlamışam. Çünki insanlara qayğı göstərmək, onlara mənəvi dayaq olmaq, sevinc bəxş etmək həyatımın qayəsidir. Bəlkə elə sevdiyim, seçdiyim müəllim peşəsinin müqəddəsliyindəndir ki, ömrümü şam kimi əritməkdən əsla yorulmuram. Allahın mənə bəxş etdiyi gücün sayəsində insanların arzularına qol-qanad oluram.

1998-ci ildən fəaliyyət göstərən Əlil Qadınlar Cəmiyyətinin Sumqayıt şəhər şöbəsinin hazırda 690 nəfər üzvü var. Onlardan 400 nəfəri I qrup, 290 nəfəri isə II qrup əlil qadınlardır. 3 aydır ki, Əlil Qadınlar Cəmiyyətinin Sumqayıt şəhər şöbəsinə sədr təyin olunmuşam. Çalışıram ki, nəinki şəhərimizdə yaşayan əlil qadınlara, uşaqlara, qocalara, ümumiyyətlə, yardıma ehtiyacı olan bütün əlillərə cəmiyyətin xətti ilə əlil arabalarının, ortopedik ayaqqabıların, tutorların, korsetlərin, çəliklərin verilməsi və s. işlərdə köməklik göstərim. Hər işin özəyini məsuliyyət və birlik təşkil edir. Bunun üçün cəmiyyətimizə həkimləri və digər peşə sahiblərini cəlb etməyi daha məqsədəuyğun bilmişəm. Hazırda işlərimizin qaydasında getməsində bu birliyin, mehribançılığın, xeyirxahlığın böyük təsiri var.

Əlil Qadınlar Cəmiyyətinin Sumqayıt şəhər şöbəsinin Bakı Protez Ortopedik Bərpa Mərkəzi ilə sıx əməkdaşlığı işimizə olan ən böyük dəstəklərdən biridir. Həmin mərkəzin yardımı ilə biz bir çox insanların sevincinə, arzularının gerçəkləşməsinə vəsilə oluruq. Bir sədr kimi çalışıram ki, Sumqayıt şəhərində yaşayan əlil insanlar əziyyət çəkib Bakı şəhərinə getməsinlər, onların əvəzinə lazım olan işləri özüm yerinə yetirirəm.

Çətin və məsuliyyətli işimizdə bizə Respublika Əlil Qadınlar Cəmiyyətinin prezidenti Məxluqə Rəhimova, Bakı Protez Ortopedik Bərpa Mərkəzinin direktoru Asif Məcidov, baş mühəndis Elmira Əsədova, həkim Rəsul Məmmədov hər zaman böyük dəstək olublar. Sumqayıt əlillərinə göstərdiyi sevgiyə, qayğıya və diqqətə görə əlillər və onların ailələri adından hər birinə dərin təşəkkürümü bildirirəm.

- Deyirlər, kim iradəcə güclüdür, özünə inamlıdır, bir o qədər xoşbəxtdir. Sizin üçün ən böyük xoşbəxtlik nədir?

- Həyatın özəyini ailə təşkil edir. Ailədə beş uşaq olmuşuq. Məni nənəm Pəri xanım övladı kimi böyüdüb, tərbiyə edib. Onun nağıllı, şirin sözlü-söhbətli, nəğməli-şeirli dünyasında olduqca ərköyün böyümüşəm. Uşaqlıq illərim ömrümün ən gözəl səhifələri olub. Bu gün həmin səhifələri vərəqlədikcə, həyatı yaşadıqca ağbirçək, ağsaqqal sözünün böyüklüyünün, ölməzliyinin bir daha şahidi oluram. Ağlım kəsəndən bəri bağça müdiri işləyən nənəmdən xeyirxahlıqla bağlı çoxlu sayda atalar sözləri, nəsihətlər, bayatılar eşitmişdim. Mənim üçün ən böyük xoşbəxtlik mənəvi gözəlliyə və xeyirxahlıq hisslərinə sahib olmaqdır. Mənə elə gəlir ki, bu gün gördüyüm işlər, etdiyim və edəcəyim xeyirxahlıqlar həmin gözəlliyin barı-bəhrəsidir. Onu da xüsusilə qeyd etmək istəyirəm ki, əlil olmağıma baxmayaraq tərbiyə aldığım ailənin, valideynlərimin - anam Sevil xanımın, atam Məlikhəsən Allahyarovun zəhməti və sevgisi ilə həyata olan inamımı yaşadaraq bir qadın kimi ailəmə, uşağıma hər cür qayğı göstərməyə qadirəm. Bu gün oğlum Sadiqlə yanaşı şagirdlərimə, xalqımın bütün övladlarına yalnız bir arzum var - inamlı, vüqarlı olsunlar, öz təmiz, xoşbəxt dünyalarının qədrini bilsinlər, vətənə gərəkli şəxsiyyət kimi formalaşsınlar.

- Ən böyük arzunuz nədir?

- Təhsil islahatının qarşıya qoyduğu vəzifələr milli təhsilimizin dünya təhsil sisteminə inteqrasiyasına və təhsilin keyfiyyətinin tamamilə yeni səviyyəyə çatdırılmasına xidmət edir. Bununla yanaşı gənclərimizin vətənpərvər ruhda tərbiyə olunmasının əhəmiyyəti günümüzün daha vacib vəzifələrindən biri kimi işimizin əsasını təşkil etməlidir. Bir Azərbaycan övladı kimi ən böyük arzum işğal olunmuş torpaqlarımızı azad görmək, qələbə xəbərini eşitməkdir. Daha bir arzum cəmiyyətdə təkcə fiziki qüsuru, əlilliyi olanların yox, bütün insanların bir-birinə səmimi, qayğıkeş, doğma münasibəti ilə bağlıdır. Yalnız sağlam ruhu olan insanlar səmimi arzular uğrunda işləyə, yaşaya və yarada bilirlər. Belə bir atalar sözü var - "Hər şey incəlikdən, insan kobudluqdan sınar”. İnsanları bir-birindən uzaqlaşdıran pis xüsusiyyətlər, vərdişlərdir. Çalışaq yaxşı xüsusiyyətlərlə, xeyirxah əməllərlə yadda qalaq, Allahın bizə göstərdiyi etimada layiq olaq!

Nisə Qədirova,

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü

"Yenisumqayit.az"

"İnsanlara sevinc bəxş etmək həyatımın qayəsidir." - Sevinc Allahyarova ilə MÜSAHİBƏ

"İnsanlara sevinc bəxş etmək həyatımın qayəsidir." - Sevinc Allahyarova ilə MÜSAHİBƏ

 





Цитата
  • Группа: Qonaq
  • ICQ:
  • Регистрация: --
  • Статус:
  • 0 комментариев
  • 0 публикаций
^
Всем Приветик! граждане кто обожает игать в игрушки подскажите раскопала эту тему:
Как играть в современные игрушки без скачивания и установки на пК посредством сервис Playkey
а так же нашла Генератор промокодов для сервиса Playkey ТУТ видео
Кто тестил сервис и Генератор начёркайте в личку надо ли заморочки!

RimmaZura: Генератор промо-кодов не знаю, я пользуюсь патчем
Патч для бесплатного пользования сервисом скачивай здесь.
Видео по установке и настройке патча смотри тут.
Всё работает! А за ссылки в коментах админ yenisumqayit.az может Забанить.
Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR