Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıtda “Motivasiya” təlimi keçirildi

Sumqayıtda “Motivasiya” təlimi keçirildi

Gənclər və İdman Baş İdarəsi və Gənclər Evinin birgə təşkilatçılığı ilə noyabrın 18-də Gənclər Evində ictimai əlaqələr üzrə mütəxəssis, "Mənim təhsilim, Mənim gələcəyim!" adlı maarifləndirici kampaniyanın sədri, "Mesaj” və "Oxu-magiya” kitablarının naşiri Rövşən Nəcəfov tərəfindən "Motivasiya - özünü inkişaf” mövzusunda təlim verilib.

Təlimin məqsədi Azərbaycan Gəncləri 2017-2021-ci il dövlət proqramından irəli gələn vəzifələrin icrası, motivasiya nədir, xarici vә daxili motivasiya arasında fәrq, motivasiya nәzәriyyәlәri və tәcrübәlәri, zәif göstәricilәrә sәbәb olan demotivasiya faktları ilә tanış olmaqdan ibarətdir.

R.Nəcəfov hәdәflәrә çatmaq vә yüksәk nәticәlәr әldә etmәk üçün motivasiyanın vacibliyi və ondan istifadə qaydaları haqqında gənclərə ətraflı bilgi verib. Müzakirələr aparılıb, gəncləri maraqlandıran suallar cavablandırılıb.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR