Sumqayıtda hava

Cəmiyyət

Azərbaycanda məktəblilərin hazırladığı robotlar döyüşəcək

Azərbaycanda məktəblilərin hazırladığı robotlar döyüşəcək

Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə məktəblilər arasında robototexnika olimpiadası keçiriləcək. Olimpiadanın təşkilat komitəsindən verilən bilgiyə görə, yarışmada məktəblilərdən ibarət 40-a yaxın komanda iştirak edəcək.

Robototexnika olimpiadasının keçirilmə məqsədi məktəblilər arasında mühəndislik ixtisaslarının təbliği, bütün dünyada, o cümlədən ölkəmizdə də əmək bazarında tələbat olan robototexnika mühəndisliyinin təbliği və məktəblilərin təcrübə işlərini geniş ictimaiyyətə çatdırmaqdan ibarətdir.

Olimpiadanın fevralın 24-də keçirilməsi nəzərdə tutulur. Sabahdan etibarən isə universitetin mütəxəssislərinin iştirakı ilə olimpiadaya qatılacaq məktəblilər üçün 10 günlük təlimlər start götürür.

Olimpiada dünyaca məşhur LEGO (ev3) robototexnika konstruktoru üzərində keçiriləcək. Hər komanda Qərbi Kaspi Universiteti tərəfindən veriləcək LEGO ilə yapon milli güləşiçisi olan SUMO döyüşçüsü hazırlamalıdır. Robotun eni və uzunluğu 15 sm, çəkisi 1000 qramı keçməməli, hündürlük isə istənilən ölçüdə ola bilər. Hazırlanan robotlar diametri 77 sm qara rəngli, kənar ağ xətt çizgiləri 2.5 sm olan sahədə bir-birini sahədən kənara çıxarmaqla döyüşəcəklər.

Qaliblər üçün mükafatlar da nəzərdə tutulub. Belə ki, 1-ci yerin qalibi 1000, 2-ci yerin qalibi 800, 3-cü yerə layiq görülmüş iştirakçı 600 AZN məbləğində mükafat qazanacaq. 4 və 5-ci yerlərin sahiblərinə dəyərli hədiyyələr veriləcək.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

KATEQORIYALAR