Sumqayıtda hava

Manşet, Faydalı

Məscid Ədəbləri

Məscid Ədəbləri

Müsəlmanların bir araya gəldikləri, birlik halında olduqları yerlərdən biri də məsciddir. Dinimiz, camaatla namaz qılmağı təşviq etmiş, bununla, birlik və bərabərliyin təmin olunacağını bildirmiş.

Rasulullahdan (ﷺ) bu mövzuda bir çox hədislər vardır. Bu hədislərdən birində belə demişdir:

Camaatla qılınan namaz , tək qılınan namazdan iyirmi yeddi dərəcə daha fəzilətlidir.

(Muslim, Məsacid , 42 )

Məscidə gedərkən diqqət edilməsi lazım olan bəzi xüsuslar vardır. Bunlar məscid və camaat ədəbi dediyimiz bəzi dini – əxlaqi əsaslardır və aşağıda qeyd olunmuşdur:

1. Gözəl geyimlər geyinmək.

Ey Adəm oğulları! Məscidlərə (gedərkən) gözəl geyimlərinizi geyin. Yeyin-için, lakin israf etməyin, çünki (Allah) israf edənləri sevməz!

(Əraf surəsi, 31)

Məscidlərə gedərkən hər şeydən əvvəl geyimimizə diqqət etməli və mümkünsə yeni və mütləq təmiz bir paltar geyinməliyik. Bu mövzuda ən çox diqqət ediləcək şey corab təmizliyi olmalıdır. Ağ paltar geyinməyə üstünlük verməliyik. Fəqət geyimdə israfa yol verməməliyik. Məqsəd-təmiz, rahat, ayıb yerləri örtən, isti və soyuqdan qoruyan paltar olmalıdır.

2. Soğan və sarımsaq yeməmək.

Rasulullah (ﷺ) bu barədə belə demişdir:

Sarımsaq və ya soğan yeyən kimsə bizdən və məscidlərimizdənuzaq olsun, evində otursun.

(Buxari, Ədəb, 76)

Əslində soğan və sarımsaq halal və faydalı yeməklərdir. Lakin bu bitkilərin qoxuları insanların xoşuna gəlməz. Bu səbəblə Peyğəmbərimiz (ﷺ) bu pis qoxu ilə məscidlərdə müsəlmanların narahat edilməsini istəməmişdir. Mövzunu bu qədər dar çərçivədə ələ almaq doğru deyil. Buradakı məqsədin, müsəlmanların pis qoxularla narahat edilməmələri olduğuna görə, siqaret və tər qoxusuna da diqqət etmək lazımdır. Bunların tam əksi olaraq məscidə gedərkən gözəl ətirlər sürmək isə təşviq edilmişdir.

3. Məscidə ağır addımlarla, təmkin və sükunət içində getməli.

Və içəriyə sağ ayaqla addım ataraq "əuzu bəsmələ” çəkərək girməlidir. Ayaqqabılar çöldə təmizlənməli, içəridə də səliqəli şəkildə ayaqqabılığa qoyulmalıdır.

Ön cərgədə namaz qılmağın daha savablı olduğunu hər müsəlman bilir. Ancaq, məscidə gec gələnlərin camaatı yara-yara ön cərgıyə keçmesi məscid ədəbinə uyğun deyildir. Cərgələr düz və sıx olmalıdır

4. Məsciddə hər kəs bərabərdir.

Kimsə digərinə görə imtiyazlı deyil. Ancaq imamın arxasında namaza duranların Qur`anın hamısını və ya bir qisimini əzbərləmiş, dini məlumatları yaxşı olan kəslər olması yenə məscid ədəbindəndir. Bunun səbəbi imam yanıldığında səhvini düzəltmək və ya hər hansı bir səbəblə imam namaza davam edə bilməzsə namazın qalan hissəsini qıldırmaqdır.

5. Məscidlər Allahın evləridir.

Ora bu şüur ilə girilməli, içəridə səs-küy edilməməli, boş və faydasız şeylər danışılmamalı, səssizcə oturub vəz və Qur`an dinlənilməlidir. Məscidlərdə yatmaq (etikafa girən, müsafir, bir neçə gün özünü ibadətə həsr edən xaric), qibləyə doğru ayaq uzatmaq, qibləyə arxa çevirb oturmaq caiz deyil.

Qadınlar və uşaqlar da məscidə gedib namaz qıla bilərlər. Ancaq onlar kişilərin arasına qarışmamalı, ən arxada ayrı bir cərgə meydana gətirərək namaz qılmalıdırlar.

6. Namazdan öncəsinə və sonrasına diqqət.

Məsciddən Allah Təalanın hüzurundan qaçırmış kimi itişip çölə çıxmaq, ayaqqabıları başqalarının üstünə-başına sürtmək heç də xoş olmayan davranışlardır. Burada da İslami nəzakət bizə rəhbər olmalıdır.

Cümə gününün fəzilətindən və o gün qazandığımız savablardan özümüzü məhrum etməyək. Unutmayaq ki şeytan bunu etmək üçün fürsət axtarır.

gencmuslim.net





Цитата
  • Группа: Qonaq
  • ICQ:
  • Регистрация: --
  • Статус:
  • 0 комментариев
  • 0 публикаций
^
Народ кто желает играть в современные игры на высоких настройках с динамичными теняими
даже на самых слабых ПК или ноутах. Без лагов и фризов (Но нужен более менее нормальный интернет).
Читайте статья по настройке компа здесь.
Видео по установке и настройке смотрите тут.
Играю уже пол года на ведре 2005 г. Буду рад кому помог разорить буржуев игровой индустрии!!!
Цитата
  • Группа: Qonaq
  • ICQ:
  • Регистрация: --
  • Статус:
  • 0 комментариев
  • 0 публикаций
^
По поводу аренду писать сюда

-----


аренда торгового помещения
Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    May 2018    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

KATEQORIYALAR