Sumqayıtda hava

Cəmiyyət

Elmar Dəmirov haqqında elegiya - Nigar Məmmədovadan

Elmar Dəmirov haqqında elegiya - Nigar Məmmədovadan

Elmar Dəmirov haqqında elegiya - Nigar Məmmədovadan


SƏNSİZ

 

Dünyalar qədər sevdiyim, gedişi ilə dünyamı viran qoyan, yoxluğu ilə barışa bilmədiyim atam Elmar müəllim Dəmirov haqqında elegiya

 

Atam haqqında danışmaq mənə həddindən artıq çətindi. Atam Elmar Dəmirov Ağstafa rayonunun Poylu kəndində ziyalı bir ailədə anadan olub. Atası da ziyalı olub. Anası isə tibb bacısı idi. Atası tez vəfat ediyindən, anasının himayəsində qalıblar. Atam ailəin ən sevimli uşaqlarından biri olub. O, məktəb illərindəm elmlə maraqlanardı. Ən çox sevdiyi fənn isə riyaziyyat fənni idi. Atam riyaziyyat müəllimi işləyib. Sumqayıt şəhər 5 saylı tam orta məktəbdə direktor müavini vəzifəsində çalışırdı. Haqq adamı idi. Haqqı, ədaləti həmişə özünə bayraq edər, ayrı-seçkiliyi heç sevməzdi. Çox sadə və səmimi insan olduğuna görə Sumqayıtda hamı onun hörmətini saxlayardı. Özü atasız böyüdüyündən atasız uşaqlara bir başqa cür yanaşardı. Biləndə ki, kiminsə hər hansı bir problemi var, öz dəridini unudarq, ona hər bir işdə kömək etməyə çalışardı. Bəli, mənim atam belə şəxsiyyət idi. Lakin amansız xəstəlik atamı bizdən çox tez ayırdı. O, hər birimizə böyük bir fərd, şəxsiyyət kimi baxırdı.

Atamın yoxluğu məni çox sarsıtdı. Sanki söykəndiyim dağ birdən yox oldu. Təbii ki, bu acını gec-tez hamı dadır. Lakin həyatımın bu nöqtəsində, onun bizi tərk etməsi mənə çox ağır zərbə oldu. Evdə də, məktəbdə də bu boşluğu hiss etməyə başladım. Hara getdimsə, gözüm onu axtardı. Bir yerdə yaşadığımıza görə bir-birimizə hədsiz bağlanmışdıq. Hərdən ona daha yaxşı qulluq edə bilərdim - deyə düşünürəm. Fikirləşirəm ki, görəsən hardasa səhvə yol verməmişəm ki? Atamla həmişə fəxr etmişəm, mənim ümid və qürur yerim olub. Onun savadından, öyüd-nəsihətindən bəhrələnib yaxşı oxumuşam, elmə, biliyə yiyələnmişəm. Onun sayəsində müəllimə kimi indi balalarımızın savadlanması ilə məşğulam. O günlər - atalı günlərim üçün çox darıxıram. Lap çox.

Uşaq vaxtı məhə həsr etdiyi şeiri indi oxuyanda kovrəlirəm, özümdən ixtiyarsız göz yaşlarım yanaqlarımda gilələnir. Atam həmçinin şeirləri və publisistik yazıları ilə mətbuat səhifələrində tez-tez çıxış edərdi. Mənə həsr etdiyi şeir belə idi:

 

Tamam nənə - nənəsi,

Heydər baba – babası.

Meyvəli Ağstafadır

Nigarımın obası.

Qışda olur Bakıda,

Yayda olur Poyluda.

Soruşanda hardansan?

Deyir Ağstafadan.

Gülləri çox sevəndi,

Nigar meyvə yeyəndi.

Gəzdi güllü çəməmdə,

Gül ətrinə bələndi.

Çəmən dedi: burda qal,

Meyvə dedi: burda qal.

Nigar dedi: atamsız

Maraqsızdır Poylu da.

 

İnsanlara, onu əhatə edənlərə, yaxınlara, uzaqlara bu qədər səmimi və mehriban olan bir adamın belə ağır bir xəstəliyə tutulmasını heç cür qəbul edə, bununla heç cür barışa bilmirəm. Həyat, sən nə amansızsanmış?!

Atam nəvələrini – Vaqifi, İskəndəri, ələlxüsus da öz adını daşıyan Elmarı çox sevərdi. Onlarla yaşayar, onlarla nəfəs alardı. Nəvələri onun həyata olan ümidini, sevgisini, yaşama hissini daha da artırırdı. Hər zaman arzu edirdi ki, nəvələri ali təhsil alb vətənə, dövlətimizə laiq vətəndaşlar kimi formalaşsınlar.

Biz iki bacıyıq. Mən - Məmmədova Nigar Elmar qızı, Sumqayıt şəhərindəki 1 saylı tam orta məktəbdə ibtidai sinif müəllimi işləyirəm. Bacım - Bayramova Lamiyə Elmar qızı isə diş həkimidir. Biz atamızla fəxr edirik. Çünki bizim atamız bizim oxumağımız, ali təhsil almağımız, bilikli, savadlı olmağımız üçün əlindən gələni əsirgəməyib. Atam mənim təkcə riyaziyyat müəllimim olmayıb, həm də həyat müəllimim olub.

Atamın nurlu siması gözlərimin önündən getmir. Həyat, sənin inadına indi mən daha da güclü olmalıyam. Çünki çiynimdə ata əli, arxamda əzəmətli, vüqarlı dağ yoxdur artıq. Hər gün atam cismən bir addım da məndən uzaqlaşır. Hər keçən gün itirməyə çalışır yaddaşımdan atalı olduğum şad-xürrəm anlarımı. Hər dəfə ondan söz düşəndə gözlərim dolur. Atasızlıq könlümə od vurur, ruhumu didib-parçalayır. Sən demə, bizə həsr etdiyin günlər, aylar, illər sənin ömründən çıxılıb, bizim ömrümüzə çalanırmış, ata! Mən sənsizəm, amma yenə yaşayıram, gülümsəyirəm, ağlayıram, mübarizə aparıram. Səndən sonra əyilmədən, sınmadan böyüdüm. Amma uşaqlıq illərimin və bütövlükdə həyatımın bir parçası səninlə getdi.

Doğulub boya-başa çatdığn Poylu kənd məzarlığında uyuyan atam! Rahat uyu, ruhun şad, məkanın Cənnət olsun, ay ATA!


Gedişinlə viran olan dünyamı,

Öz yerinə düzmək olmur, ay ata!

Üstümüzə qoşun çəkən dərdlərə,

Sinə gərib, əzmək olmur, ay ata!

 

Qəhər oldun ürəyimin başında,

Bitib qaldın gözlərimin yaşında,

Qayıtsaydın, qul olardım qarşında,

Yoxluğuna dözmək olmur, ay ata!

 

Kökün pakdı, qüsur yoxdu soyunda,

Namərdlərə yol vermədin oyunda,

İnan, sənsiz dost-doğmalar toyunda,

Qol qaldırıb süzmək olmur, ay ata!

 

Adın düşmür nəvələrin dilindən,

Səni qəlbən sevənlərin dilindən,

Ətrin gəlir Ağstafa elindən,

Sənsiz burda gəzmək olmur, ay ata!

 

İl saymıram sənsiz ötən illəri,

Kim kiridər ağı deyən dilləri?

Bağçamızda sənsiz açan gülləri,

Əl uzadıb üzmək olmur, ay ata!

Nigar Elmar qızı Məmmədova,

Sumqayıt şəhər 1 saylı tam orta məktəbin ibtidai sinif müəllimi.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

KATEQORIYALAR