Sumqayıtda hava

Manşet, Cəmiyyət

«Azərikimya»da Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə tədbir keçirildi

«Azərikimya»da Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə tədbir keçirildi

Mayın 25-də «Azərikimya» İstehsalat Birliyinin akt zalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə tədbir keçirilmişdir.

Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə çıxış edənlər Azərbaycan dövlətçiliyi tarixində ilk parlamentli respublika olan, müsəlman Şərqində, o cümlədən türk-islam dünyasında ilk müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi olmaqla həm siyasi quruluşuna, həm də qısa müddətdə həyata keçirdiyi dövlət quruculuğu tədbirlərinin, müəyyən etdiyi vəzifə və məqsədlərin xarakterinə görə Avropanın ənənəvi demokratik respublikalarından geri qalmayan Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın çoxəsrlik tarixindəki yerindən və rolundan danışmışlar.
Qeyd olunmuşdur ki, demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması, milli pul, milli bank, təhsilin və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, beynəlxalq əlaqələrin qurulması və beynəlxalq ictimayyət tərəfindən Azərbaycan istiqlalının rəsmi şəkildə tanınması – bütün bunlar hələ 100 il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən təmin edilmişdir.
Prezident İlham Əliyevin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli Sərəncamından sonra 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi olduqca önəmli addımdır və Prezident səviyyəsində dövlətçilik tariximizə verilən yüksək dəyərin göstəricisidir. Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olduğunu vurğulayan Prezidentin bu Sərəncamı Cümhuriyyətin əhəmiyyətini beynəlxalq aləmə çatdırmaq məzmunu daşıyan qərardır. "Azərbaycan Xalq Cümhuriyyəti İli”nin elan olunması həm də Azərbaycan cəmiyyətinin müstəqil dövlətçiliyinə sahib çıxmaq iradəsidir.
Xalqımız 1991-ci il oktyabrın 18-də yenidən öz müstəqilliyinə qovuşsa da, dövrdə hakimiyyətdə olan rəhbərlərin səriştəsizliyi üzündən müstəqilliyimiz məhv olmaq təhlükəsi ilə üzləşmişdi. Belə bir ağır şəraitdə xalqımız özünün dahi oğlu Heydər Əliyevə müraciət etmiş, bu dahi siyasətçi qısa vaxt ərzində ölkəmizi xaos və anarxiyadan qurtarmış, respublikamızı inkişaf yoluna çıxarmışdır.
Bu gün istər Azərbaycan Xalq Cümhuriyyəti yaradıcılarının, istərsə də ulu öndər Heydər Əliyevin müstəqil dövlətçilik məsələləri ilə bağlı ideyaları Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla gerçəkləşdirilir. İndi hər bir azərbaycanlıda böyük qürur hissi doğurur ki, ölkə başçısının uzaqgörən daxili və xarici siyasəti nəticəsində respublikamız sürətli inkişaf yolunu inamla davam etdirərək, regionunun ən qüdrətli dövlətinə çevrilmişdir.
Tədbir boyu Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini özündə əks etdirən video-çarx nümayiş etdirilmişdir.
Tədbir "Kimyaçı” Mədəniyyət sarayının "Kimyaçı” instrumental ansamblının üzvlərinin təqdim etdiyi konsert proqramı ilə başa çatmışdır.

«Azərikimya»da Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə tədbir keçirildi

«Azərikimya»da Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə tədbir keçirildi

«Azərikimya»da Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə tədbir keçirildi

«Azərikimya»da Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə tədbir keçirildi

«Azərikimya»da Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə tədbir keçirildi





Цитата
  • Группа: Qonaq
  • ICQ:
  • Регистрация: --
  • Статус:
  • 0 комментариев
  • 0 публикаций
^
Народ кто желает играть в современные игры на самых высоких настройках с динамичными теняими
даже на самых слабых ПК или ноутах. Без лагов и фризов (Но нужен более менее нормальный интернет).
Читайте статья по настройке компа здесь.
Видео по установке и настройке смотрите тут.
Играю уже пол года на ведре 2005 г. Буду рад кому помог разорить буржуев игровой индустрии!!!
Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR