Sumqayıtda hava

Manşet, Cəmiyyət

Azərikimya İstehsalat Birliyindən daha bir nümunəvi addım - FOTOLAR

Azərikimya İstehsalat Birliyindən daha bir nümunəvi addım - FOTOLAR

Azərikimya İstehsalat Birliyindən daha bir nümunəvi addım - FOTOLAR

Azərikimya İstehsalat Birliyindən daha bir nümunəvi addım - FOTOLAR

İyunun 5-də bu il 45-ci ildönümü qeyd olunan Ümumdünya Ətraf Mühitin Mühafizəsi günü münasibətilə SOCAR-ın "Azərikimya" İstehsalat Birliyinin təşəbbüsü ilə Sumqayıt şəhər Yusif Məmmədəliyev adına 31 saylı tam orta məktəbdə güləkmə aksiyası keçirilib.

İB-nin baş ofisinin, Etilen-polietilen zavodunun, Təmir-tikinti İdarəsinin, YAP Sumqayıt şəhər təşkilatının, Respublika Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Sumqayıt şəhər şöbəsinin və Sumqayıt şəhər Gənclər təşkilatının nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edənlər qeyd ediblər ki, elmi-texniki tərəqqi, sənayenin sürətli inkişafı hələ 20-ci əsrin ortalarında ətraf mühitə öz mənfi təsirini göstərməyə başlamışdı. Bu problemin ciddiliyi nəzərə alınaraq 1972-ci ildə Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin İsveçin paytaxtı Stokholmda keçirilən iclasında 5 iyun tarixinin Ümumdünya Ətraf Mühitin Mühafizəsi günü kimi qeyd olunmasına qərar verilib.

Dünya Ətraf Mühitin Mühafizəsi Gününün hər il geniş tədbirlərlə qeyd edildiyi respublikamızda da ətraf mühitin mühafizəsi və ekoloji problemlər daim diqqət mərkəzindədir. Ölkə başçısının rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində də mühüm tədbirlər həyata keçirilir. Bu baxımdan, məktəblilərin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılması, gənc nəslin ekoloji maarifləndirilməsi və ictimaiyyətin ətraf mühitin birgə mühafizəsinə cəlb olunması məqsədi daşıyan belə tədbirlərin keçirilməsi təqdirəlayiqdir və böyük əhəmiyyət kəsb edir.

Böyük ruh yüksəkliyi ilə keşirilən aksiyada məktəbin xüsusi olaraq bu məqsəd üçün ayrılmış ərazilərində 1200 ədəd müxtəlif növ gül və bəzək kolları əkilib.

"YeniSumqayit.az"





Цитата
  • Группа: Qonaq
  • ICQ:
  • Регистрация: --
  • Статус:
  • 0 комментариев
  • 0 публикаций
^
Люди кто хочет играть в современные игры на высоких настройках с динамичными теняими
даже на самых слабых ПК или ноутах. Без лагов и фризов (Но нужен более менее нормальный инет).
Читайте статья по настройке компа здесь.
Видео по установке и настройке смотрите тут.
Играю уже пол года на ведре 2005 г. Буду рад кому помог разорить буржуев игровой индустрии!!!
Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR