Sumqayıtda hava

Manşet, Cəmiyyət

Teatr sənətinə marağı olan gənclərin nəzərinə - Sumqayıt Teatrı kastinq elan edir

Teatr sənətinə marağı olan gənclərin nəzərinə - Sumqayıt Teatrı kastinq elan edir

Sumqayıt Dövlət Dram Teatrı truppanın gəncləşdirilməsi, istedadlılara dəstək məqsədi ilə 18-22 yaşlı, aktyorluq qabiliyyətli, teatr sənətinə marağı olan, hazırda incəsənət universitetində təhsil alan və ya təhsilini başa vurmuş gənclər üçün kastinq elan edir.

Kastinqdə iştirak etmək istəyən gənclər sentyabrın 15-dək aşağıda göstərilən ünvana müraciət edə bilərlər.

Yeni mövsümdə SDDT gənc dramaturqları da diqqətdən kənar qoymayacaq. Repertuar siyasətini genişləndirmək, mövzu çeşidliyini artırmaq, həmçinin istedadlı gənc yazarları teatr sahəsinə cəlb etmək məqsədilə dram əsərlərinin müsabiqəsini elan edir. Göndərilən əsərlər aşağıda qeyd olunan mövzuları əhatə etməlidir.

* Sumqayıt şəhərinin yaranması, tarixi, dünəni və bu gününü əhatə edən səhnə əsəri;

* Hərbi-vətənpərvərlik mövzusu;

* Gənclərin həyatından bəhs edən innovativ mövzu.

Müraciət üçün email: sumqayitdram@mail.ru

Tel: 050 242 47 76

Son müraciət tarixi 15.09.2018

"Yenisumqayit.az





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR