Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıt Dövlət Dram Teatrı 49-cu mövsümü başa vurdu

Sumqayıt Dövlət Dram Teatrı 49-cu mövsümü başa vurdu

Mövsümün bağlanışı ilə əlaqədar teatrda geniş toplantı keçirildi. Teatrın direktoru əməkdar artist Mübariz Həmidov çıxışında repertuar siyasətinin qurulmasından geniş danışdı. Baş rejissor və quruluşçu rejissorlara tövsiyyə və tapşırıqlarını verdi.

Həmçinin qeyd etdi ki, yaradıcılıq imkanlarının gücləndirilməsi üçün hər kəs öz üzərində çalışmalıdır. Dünya teatrları ilə inteqrasiya üçün yaradıcılıqla yanaşı PR işi ön plana çıxarılmalıdır. Tamaşaçıların bədii-estetik zövqünün formalaşması, eyni zamanda vətənpərvərlik hisləri aşılayan, milli-mənəvi dəyərləri, dövlətçiliyi təbliğ edən əsərlər səhnə həllini tapmalıdır. Prezidentin sərəncamı ilə 50 illik yubileyin qeyd olunması da bizi sevindirir. Biz bu yubiley tədbirində teatrın keçdiyi şərəfli yolu tamaşaçılara göstərməliyik. Sumqayıt Dövlət Dram Teatrı bundan sonra da nəinki respublika səviyyəsində, dünya çapında belə layiqli yer tutmaq iqtidarındadır.

Daha sonra teatrın rəhbəri M.Həmidov yeni mövsümdə görüləcək işlər barədə məlumat verərək kollektivə mənalı istirahətlər və xoş arzular dilədi.

 

 

"Yenisumqayit.az





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR