Sumqayıtda hava

Manşet, Elan

STP-də İŞ VAR - Operator, Mütəxəssis, Menecer

1. Kabel zavodu, Operator

Sumqayıt Texnologiyalar Parkı

Vəzifə öhdəlikləri:

• Növbə ustasının imzası əsasında növbəni qəbul edir, iş yerini və dəzgahları qaydaya salır;

• Maşının işə hazırlanması prosesini yerinə yetirir;

• Texnoloji təlimat və eskiz xəritəsinin tələblərinə uyğun olaraq növbə tapşırıqlarını yerinə yetirir;

• Hazır məhsul və yarımfabrikatları sahə rəisinə (növbə ustasına) təqdim edir;

• İş yerini, dəzgahları və işlədiyi ərazini təmiz saxlayır;

• Hazır məhsulun və yarımfabrikatların çəkisini təyin edib, ayrılmış xüsusi jurnala qeyd edir.

Təhsil/Təcrübə:

• Orta texniki təhsil;

• Analoji sahədə 1 il iş təcrübəsi;

• Azərbaycan dilində sərbəst danışıq, yazmaq və oxumaq qabilliyyəti;

• Bilavasitə bu vəzifə təlimatı ilə nəzərdə tutulan işlərin yerinə yetirilməsində əsas sayılan qanunvericilik və Müəssisənin normativ sənədlərinin tələblərini mükəmməl bilməli və işində rəhbər tutmalıdır.

Əlavə məlumatlar:

• Əmək haqqı razılaşma əsasında;

• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;

• Növbəli iş qrafiki.


2. Satınalmalar şöbəsi, Böyük mütəxəssis

Vəzifə öhdəlikləri:

•Satınalmalar və təchizat üçün strategiya və siyasətləri hazırlanmasında və həyata keçirilməsində Satınalmalar şöbəsinin müdirinə kömək edir;
•Proqnozlaşdırılan daxili və xarici satınalma və ya təchizat planlarında işin icrası zamanı meydana çıxan fərqləri araşdırır və Satınalmalar şöbəsinin müdirinə təqdim edir;
•Əsas təchizatçılarla effektiv əlaqələrin və tərəfdaşlığın inkişaf edilməsində Satınalmalar şöbəsinin müdirinə köməklik edir;
•Potensial təchizatçıların siyahısının hazırlanmasında tövsiyyələrini verir;
•Qiymətləri aşağı salmaq və etibarlı razılaşmalar əldə etmək üçün danışıqlar aparır;
•Təchizatçılar və xidmət təminatçılarının işini, performansını daima izləyərək aşağı səviyyəli xidmət göstərən təchizatçılarla bağlı tövsiyyələr verir;
•Müəssisə tenderlər üçün hazırlaşan zaman təchizat məsələlərində əlaqədar komandalara kömək edir;
•Xammalın, hissələrin, avadanlıqların və s. vaxtında və münasib qiymətlərə alınmasının planlaşdırılması və həyata keçirilməsi üçün məsuliyyət daşıyır; işini vaxtında və keyfiyyət standartları və spesifikasiyalarına uyğun icra edir;

Təhsil/Təcrübə:

•Ali təhsil;
•Analoji sahədə ən azı 5 il iş təcrübəsi (İstehsalat müəssisəsində iş təcrübəsi arzuolunandır);
•Azərbaycan, Rus və İngilis dillərində sərbəst istifadəçi səviyyəsində bilməli;
•Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilmək;
•Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
•Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır.

Əlavə məlumatlar:

•Əmək haqqı razılaşma əsasında;
•Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
•5 günlük iş həftəsi;
•İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.


3. Beynəlxalq satışlar departamenti, Satış meneceri (Alüminium profillər və sendviç panellərin satışı üzrə)

Vəzifə öhdəlikləri:

•Müəssisənin biznesin inkişafı strategiyasının işlənib hazırlanması, strateji və operativ biznes planlarının hazırlanması;
•Müəssisənin uğurlu imicinin yaradılması;
•Biznes proseslərinin təkmilləşdirilməsi;
•Bazarın və rəqiblərin tədqiqatı, bazarın iqtisadi durumunun qiymətləndirilməsi, müəssisənin biznes fəaliyyətinin və fəaliyyətə təsir göstərən amillərin davamlı təhlili;
•Bazarda mövcud olan şirkətlərin, onların məsullarının və tariflərinin öyrənilməsi və təhlili, bazarın seqmentasiyası;
•Yeni məhsulların yaradılması, onların təşviq metodlarının seçilməsi;
•Məhsulların satılması üçün yeni kanalların axtarılması;
•Görülmüş işlərin nəticələrinin təhlili və qiymətləndirilməsi
•Dövrü hesabatların hazırlanması və təhlili;
•Vəzifə öhdəlikləri ilə bağlı tələb olunan digər işlərin yerinə yetirilməsi.

Təhsil/Təcrübə:

•Ali təhsil;
•Analoji sahədə ən azı 2 il iş təcrübəsi olmalı (İstehsal sahəsi üzrə təcrübə arzuolunandır);
•Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilməli;
•Azərbaycan, Rus, Alman və İngilis dillərində sərbəst danışmalı;
•Yüksək səviyyədə ünsiyyət qurabilmə qabiliyyətinə malik olmalı;
•İşgüzar və məsuliyyətli olmalı;

Əlavə məlumatlar:

•Maaş: Razılaşma əsasında;
•Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
•İş qrafiki: 5 gün, 09:00 – 18:00.


E-mail: cv@stp.az

Son müraciət: 26.08.2018

Jobsearch.az





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR