Sumqayıtda hava

Manşet, Cəmiyyət

Bosniyalı qonaqlar Sumqayıt Bələdiyyəsində

Bosniyalı qonaqlar Sumqayıt Bələdiyyəsində

Bosniyalı qonaqlar Sumqayıt Bələdiyyəsində

Türk Dünyası Bələdiyyələr Birliyi tərəfindən üzv ölkələr arasında əməkdaşlığı inkişaf etdirmək məqsədilə başlanılan proqram çərçivəsində Bosniya və Herseqovinanın bələdiyyə təmsilçiləri və iş adamlarından ibarət nümayəndə heyəti ölkəmizə səfər çərçivəsində bu gün Sumqayıt Bələdiyyəsində olub.

Sumqayıt Bələdiyyəsində keçirilən görüşdə bələdiyyələrarası əlaqələrin inkişaf etdirilməsi, təcrübə mübadiləsi istiqamətində əməkdaşlıq imkanları müzakirə edilib.

Sumqayıt Bələdiyyəsinin sədri Sultan Əsədov son illər şəhərdə aparılan abadlıq- quruculuq işlərindən, bələdiyyənin həyata keçirdiyi layihələrdən danışıb. S.Əsədov şəhərin xüsusilə son üç ildə tamamilə yeniləndiyini, iri infrastruktur layihələri həyata keçirildiyini və Sumqayıtın hətta xarici investorlar üçün də cəlbedici, müasir bir şəhərə çevrildiyini qeyd edib.

Sumqayıt Şəhər İH başçısının birinci müavini Teymur Səmədov Azərbaycanın sürətli sosial-iqtisadi inkişafını vurğulayaraq bildirib ki, ölkəmiz artıq dünyada sabitlik adası kimi tanınır. Sumqayıtın da bu dinamik inkişafın bir parçası olduğunu diqqətə çatdıran T.Səmədov qeyd edib ki, son 3 ildə şəhərdə çox sayda sosial, eləcə də sənaye müəssisələri fəaliyyətə başlayıb. 8 ay ərzində şəhərdə salınmış bulvar prezident İlham Əliyev tərəfindən "Möcüzə" adlandırılmışdı. Təsadüfi deyil ki, Sumqayıt Bulvarı ötən ilin iyul ayında Madriddə "İnternational Award for Excellence & Lider ship" (beynəlxalq üstünlük və liderlk) mükafatına və oktyabrda isə Parisdə "Global Trade Leaders” klubunun "Keyfiyyətə görə Beynəlxalq Avropa mükafatı”na (International Europe Award for Quality) və layiq görülüb.

Qonaqlar Azərbaycanın dinamik inkişafı barədə məlumatlı olduqlarını, Sumqayıtın da bu cür sürətlə inkişaf etməsinin cəlbedici göründüyünü, bələdiyyələr və iki ölkənin sahibkarları arasında əlaqələrin qurulmasında maraqlı olduqlarını bildiriblər.

Nümayəndə heyətinə Bosniya və Herseqovinanın Novi Qrad Sarayeva Bələdiyyəsinin sədri Semir Efendic, Olovo Bələdiyyəsinin sədri Demal Memagic və bir qrup iş adamı daxildir.

Görüşdə Türk Dünyası Bələdiyyələr Birliyinin Baş katibi Fəxri Solak iştirak edib.

"Yenisumqayit.az”





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR