Sumqayıtda hava

Manşet, Cəmiyyət

FHN-in Sumqayıt Regional Mərkəzi dənizkənarı istirahət mərkəzlərində tədbir keçirib

FHN-in Sumqayıt Regional Mərkəzi dənizkənarı istirahət mərkəzlərində tədbir keçirib

Avqustun 8-də Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Sumqayıt şəhəri və Abşeron rayonu ərazisində yerləşən dənizkənarı istirahət mərkəzlərində "Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə və təbliğat tədbirləri həyata keçirib.

Tədbirlərdə FHN-in Sumqayıt Regional Mərkəzinin, Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin və I ərazi DYNİ-nin əməkdaşları iştirak edib.

Əsas məqsəd dənizkənarı istirahət mərkəzlərində çalışan əməkdaşları və istirahət edən vətəndaşları yanğın təhlükəsizliyi ilə bağlı məlumatlandırmaq olub.

Görüşlərdə vətəndaşlara yanğın təhlükəsizliyinə dair norma və prinsiplər barəsində ətraflı məlumat verilib, yanğınların baş verməsinin qarşısının vaxtında və operativ şəkildə alınması üçün bütün zəruri və qabaqlayıcı tədbirlərin görülməsi istiqamətində də tövsiyələr verilmişdir.

Vətəndaşlara müxtəlif maarifləndirici təbliğat materialları paylanılıb, suallar cavablandırılıb.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR