Sumqayıtda hava

Cəmiyyət

“Sumqayıt” klubunda qapıçı problemi

“Sumqayıt” klubunda qapıçı problemi

Azərbaycan Premyer Liqasının 1-ci turu çərçivəsində "Neftçi”nin qonağı olacaq "Sumqayıt” qapıçı problemi ilə üzləşib.

"Report” xəbər verir ki, Sumqayıt şəhərinin eyni adlı təmsilçisi bir qolkiperin - Mehdi Cənnətovun ümidinə qalıb. Fərhad Vəliyevin karyerasını başa vurması, baxışda olan Andrey Popoviçin isə bəyənilməyərək geri qaytarılması işləri çətinə salıb.

Hazırda namizədləri gözdən keçirən "Sumqayıt” mövsümün açılış oyununa qədər bir qapıçı sifariş verməyə çalışacaq. Baş məşqçi Nazim Süleymanov baxışda olan rusiyalı hücumçu Sərdar Sərdarov barədə də qərar verməyə tələsmir.

Qeyd edək ki, "Sumqayıt” "Neftçi”ni "Dalğa Arena”da qəbul edəcək. Matçın "Kapital Bank Arena”da baş tutmamasının səbəbi Sumqayıtdakı stadionun təmirə bağlanmasıdır. Avqustun 11-də keçiriləcək görüş saat 20:00-da başlanacaq.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 

KATEQORIYALAR