Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sakinlərdən ŞİKAYƏT - 25 nömrəli marşrut xətti bərpa edilsin !

Sakinlərdən ŞİKAYƏT - 25 nömrəli marşrut xətti bərpa edilsin !

Saytımıza növbəti şikayət Sumqayıt şəhər sakini Nahid Ağalıdan daxil olub. Nahid bəy 25 nömrəli marşrut xəttinin bağlanmasından şikayətçidir. Onun bildirdiyinə görə, marşrut xətti bu ilin yanvar ayından etibarən bağlanıb.

Sakinlər bununla bağlı aidiyyəti orqanlara müraciət də edib. Sakinlərə avtobusların yeniləri ilə əvəz olunacağı vəd olunsa da, hələ də marşrut xəttinin hərəkəti bərpa edilməyib. 4-cü mikroryonla 45-ci məhəllə arasında hərəkət edən yeganə marşrut xəttinin bağlanması sakinlər üçün böyük çətinliklər yaradır. Ərazidə yaşayan şagirdlər məktəbə getmək üçün 30 nömrəli marşrutdan istifadə edirlər, lakin 30 nömrəli marşrut xəttində avtobusların gec-gec hərəkəti və dayanacağın uzaq olması onlar üçün böyük çətinliklər yaradır. Hazırda sakinlərin bazara və məktəbə getməyi üçün heç bir marşrut xətti yoxdur.

Məktəblərin açılmasına az bir müddət qaldığını bildirən sakinlər 25 nömrəli marşrut xəttinin hər hansı marşrut xətti ilə əvəz edilməsini istəyirlər.

"Yenisumqayit.az"

Sakinlərdən ŞİKAYƏT - 25 nömrəli marşrut xətti bərpa edilsin !

Sakinlərdən ŞİKAYƏT - 25 nömrəli marşrut xətti bərpa edilsin !

 


 





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

KATEQORIYALAR