Sumqayıtda hava

Redaktorun Seçimi, Cəmiyyət

Balıq qulağından əsərlər yaradan Sumqayıtlı xanım - ABADçılarımızı tanıyaq

Balıq qulağından əsərlər yaradan Sumqayıtlı xanım - ABADçılarımızı tanıyaq

ABADçımız Təranə Muradova Sumqayıtda anadan olub. Təhsilini maliyyə sahəsi üzrə almağına baxmayaraq Təranə xanım uşaq vaxtından modelyerliyə, dizaynerliyə və ümumiyyətlə incəsənətə böyük maraq göstərib:

"Müxtəlif libaslar tikməyə çalışırdım, lakin hər zaman qeyri-adi materiallardan suvenirlər hazırlamağı arzulayırdım”.

Bu gün bu istedadlı xanım öz zərif əlləri ilə xəriqələr hazırlayır. O, balıq qulağından sənət əsərləri yaradır:

"Artıq beş ildir ki bu sənətlə məşğulam. Çevrəmdəki insanların əl işlərimə olan marağını görəndə mən daha da həvəslənirəm, ona görə də bu sənətlə peşəkarcasına məşqul olmaq istədim”.

"ABAD” publik hüquqi şəxs öz növbəsində T.Muradovanın istedadına dəstək verərək, ürəyindən keçən arzularının həyata keçməsi üçün köməklik göstərir.

"ABAD” vasitəsi ilə əl işlərim daha geniş auditoriyaya çatdı. Satışlardan gələn gəlir aylıq ailə büdcəmə dəstək oldu. "ABAD”ın sayəsində daha çox yeniliklərə doğru addımlayıram. Fiqurlarım dünyanın dörd tərəfinə yadigar kimi aparılır. Bu çox qürurverici bir hissdir!”.

"ABAD”la bağlı planlarından danışan sənətkar onu da vurğulayıb ki, yaxın zamanlarda yeni ideyalarını təqdim edəcək:

"Ümid edirəm ki, yeni işlərim mənə daha da çox uğur gətirəcək”.

Qeyd edək ki, Ailə Biznesinə Asan Dəstək mərkəzləri -"ABAD”, Prezident İlham Əliyevin Fərmanı ilə yaradılıb.

"ABAD” mərkəzləri tərəfindən dekorativ-tətbiqi xalq sənətkarlığı və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək layihələri həyata keçirilir. "ABAD” mərkəzləri ailə təsərrüfatlarına biznes-planlaşdırma, marketinq, brendinq və dizayn, maliyyə-mühasibat, hüquqi yardım xidmətləri göstərirlər. İstehsal olunmuş məhsulların sertifikatlaşdırılması, logistika işinin və satışların təşkili "ABAD” tərəfindən həyata keçirilir. Paytaxtda və bölgələrdə "ABAD” sərgi-satış mərkəzləri fəaliyyət göstərir.

"ABAD”ın fəaliyyəti ilə bağlı daha ətraflı bilgini abad.gov.az rəsmi internet səhifəsindən əldə etmək mümkündür.

 

"Yenisumqayit.az"





Цитата
  • Группа: Qonaq
  • ICQ:
  • Регистрация: --
  • Статус:
  • 0 комментариев
  • 0 публикаций
^
Люди кому интересно нашла уникальный торрент плеер Kino-Torrent версия PRO
Все фильмы, сериалы и мультфильмы в одной программе - просмотр и скачивание. Бесплатно и без рекламы.
Быстрый поиск по всему рунету. Обновления фильмов точно в день выхода в кинотеатрах.
Сегодня добавленно: "Мег: Монстр глубины" "Днюха!" "Mamma Mia! 2"
Скачать Kino-Torrent версии стандарт можно с офф сайта: KinoTorrentSetup
Скачать Kino-Torrent версии PRO (Nulled) можно здесь: KinoTorrentPro
Цитата
  • Группа: Qonaq
  • ICQ:
  • Регистрация: --
  • Статус:
  • 0 комментариев
  • 0 публикаций
^
Это отличная идея. Я Вас поддерживаю.
Влиятельный отповедь, заманчиво...

наливные полы своими руками
Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

KATEQORIYALAR