Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıt Dövlət Universiteti yeni tələbələrini qarşılayır

Sumqayıt Dövlət Universiteti yeni tələbələrini qarşılayır

2018-2019-cu tədris ili üçün Sumqayıt Dövlət Universitetinin bakalavr pilləsinə qəbul olan abituriyentlərin sənəd qəbulu başlayıbSDU-ya 7 fakültə üzrə tələbələrin sənəd qəbulu başlayıb, sənəd qəbulunun daha asan və şəffaf keçməsi üçün universitet rəhbərliyi tərəfindən zəruri tədbirlər görülüb. Universitetdə Sənəd Qəbulu Komissiyası yaradılıb. Burada 1-ci kurs tələbələrinin qeydiyyata alınması və sənədləşmənin düzgün aparılması məsələsinə ciddi nəzarət olunur. Universitetin əməkdaşları tələbələrin qeydiyyata alınmasında yaxından iştirak edirlər.

Məlumat üçün bildirək ki, hazırda beş mindən çox tələbə və magistrantların təhsil aldığı universitetin hər üç korpusunda təmir işləri və genişmiqyaslı quruculuq tədbirləri həyata keçirilir.

SDU-nun rəhbərliyi və kollektivi tələbə adı qazanan intellektual və kreativ qüvvəyə malik gənclərimizi və onların valideynlərini səmimi qəlbdən təbrik edir, hərtərəfli dövlət qayğısı ilə əhatələnmiş yaradıcı gənclərə təhsillərində yeni-yeni uğurlar arzulayır.

Hazırda Sumqayıt Dövlət Universitetində 7 fakültə (Riyaziyyat, Fizika və Elektroenergetika, Mühəndislik, Kimya və biologiya, Tarix və coğrafiya, İqtisadiyyat və idarəetmə, Filologiya); 29 kafedra, 6 Elmi-tədqiqatlaboratoriyası, Tədris Metodiki Mərkəz, Doktorantura və magistratura şöbəsi, Elmi hissə, Əcnəbi tələbələr şöbəsi və digər qurumlar fəaliyyət göstərir. SDU-nun tarixində ilk dəfə olaraq elmlər doktoru proqramı üzrə mütəxəssis hazırlığı aparılır.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

KATEQORIYALAR