Sumqayıtda hava

Cəmiyyət

"Nə? Harada? Nə zaman? Şəmkirdə - FOTO

"Nə? Harada? Nə zaman? Şəmkirdə - FOTO

"Nə? Harada? Nə zaman? intellektual oyunu üzrə I Şəmkir Çempionatı” adlı layihənin ilk mərhələsi başa çatıb.

Çempionat Vətən torpaqlarımızın bütövlüyü uğurunda canından keçmiş Şəhidlərimizin xatirəsinə həsr olunub. Layihənin keçirilməsində əsas məqsəd şəhid soydaşlarımızın cəmiyyətdə tanıdılması, onların xatirələrinin hər zaman uca tutulmasına nail olmaq, onlar kimi gələcəkdə vətənə canı ilə bağlı olan şəxsiyyətlərin yetişmələrinə töhfə vermək, eyni zamanda gənclərin elmə, maarifləndirici yarışlara marağının artırılmasına nail olmaqdır. Layihə ümumilikdə 3 mərhələdən ibarətdır.

İlk mərhələdə Şəmkir rayonunda yerləşən 14 tam orta məktəbdən 440 şagirdin iştirakı ilə "Nə? Harada? Nə zaman?” adlı intellektual yarışma həyata keçirilib. İlk mərhələdə qalib olmuş komandalar arasında layihənin ikinci turu çərçivəsində yarım final yarışları keçiriləcək. Layihənin son, yekun mərhələsi çərçivəsində ən güclü 6 komanda final yarışının intellektual savaşında güclərini sınayacaqlar. Layihə şagirdlərin boş vaxtlarını səmərəli keçilmələrinə şərait yaratmaqla bərabər, intellektual oyunlara olan maraqlarının artırılmalarına dəstək olub.

Çempionatda iştirak etmiş hər bir şagirdə fərdi iştirakçı sertifikatı təqdim olunub. Layihənin ikinci turu çərçivəsində məktəblər üzrə qalib gəlmiş komandalar 17 və 18 avqust tarixlərində Şəmkir şəhərində, "Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzində yarımfinalda yarışacaqlar.Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə Şəmkirdə həyata keçirilən layihənin tərəfdaşları "Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzi və Azərbaycan İntellektual Oyunlar Klubudur.

Xeberle.com

"Nə? Harada? Nə zaman? Şəmkirdə - FOTO

 





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

KATEQORIYALAR