Sumqayıtda hava

Manşet, Cəmiyyət

Üzgüçülük üzrə açıq Sumqayıt birinciliyinin qalibləri müəyyənləşib

Üzgüçülük üzrə açıq Sumqayıt birinciliyinin qalibləri müəyyənləşib

Avqustun 26-da Sumqayıt Paralimpiya İdman Kompleksində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş üzgüçülük idman növü üzrə 2003-2004; 2005-2006; 2007-2008; 2009-2010-cu il təvəllüdlü oğlan və 2006-2008; 2009-2010-cu il təvəllüdlü qızlar arasında Sumqayıt şəhərinin açıq birinciliyi keçirilib. Yarışda Bakı və Sumqayıtın 5 komandası olmaqla 60 nəfərdən artıq idmançsı qalib adı uğrunda mübarizə aparıb.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Sumqayıt idmançılarından Leyla Abduləzizova (100 m qarışıq üsul), Nuray Həsənli (50 m arxa-üstə), İbrahim Mirzəyev (100 m qarışıq üsul), Nuray Həsənli (50 m sərbəst üsul), Fərid Novruzzadə (100 m qarışıq üsul), Əli Səfərəlizadə (50 m sərbəst üsul), Bakı idmançılarından isə Teymur Əfəndi (50 m arxa-üstə), Oktay Hüseynov (50 m sərbsət üsul), Aydan Dəmirova (50 m sərbəst üsul), Nəcəf Nəcəfzadə (100 m qarışıq üsul), Süleyman Cəfərov (50 m sərbəst üsul) və Aleksey Puqaçov (100 m qarışıq üsul) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Yarışın qalib və mükafatçıları Gənclər və İdman Baş İdarəsinin fəxri fərman, medal və hədiyyələri ilə təltif olunub.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

KATEQORIYALAR