Sumqayıtda hava

Manşet, Cəmiyyət

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş voleybol yarışı

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş voleybol yarışı

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş voleybol yarışı

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Sumqayıt Nəsimi adına mədəniyyət və istirahət parkında yerləşən Sağlamlıq Zonasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş şəhərin müxtəlif sahələrini təmsil edən gənc könüllülər arasında voleybol üzrə yarış təşkil edilib.

Tədbiri giriş sözü ilə açan şəhər Gənclər və İdman Baş İdarəsinin rəis əvəzi Mübariz Bəşirov iştirakçıları salamlayaraq, xalqımızın milli azadlıq mücadiləsinin məntiqi nəticəsi sayılan Azərbaycan Xalq Cümhuriyyətinin türk və islam dünyasında ilk parlamentli respublika, demokratik, dünyəvi dövlət nümunəsi olmaqla yanaşı, dövlətçilik tariximizin yadda qalan mərhələlərindən olduğunu qeyd etmişdir. 23 ay çətin ictimai-siyasi şəraitdə mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin Sovet hakimiyyətinin qurulması ilə süquta uğramasına baxmayaraq, xalqımız azadlıq mübarizəsindən geri çəkilmədi. 1991-ci ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev ikinci dəfə dövlət müstəqilliyimizi bərpa etdi və qorunub saxlanılmasında, dövlətimizin möhkəmlənməsində, dünyaya tanınmasında misilsiz xidmət göstərdi. Bu gün isə bu siyasət ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Daha sonra Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətindən, Gənclər və İdman Nazirliyi və şəhər rəhbərliyinin gənc nəslə göstərdiyi diqqət və qayğıdan, Respublikada dövlət gənclər siyasətinin uğurlu inkişafından danışmışdır. Qeyd olundu ki, məqsəd "Azərbaycan gəncliyi 2017 – 2021-ci illərdə” Dövlət Proqramından irəli gələn vəzifələri icra etmək, gənclərin hərtərəfli inkişafına nail olmaq, sağlamlıqlarının möhkəmləndirmək, asudə vaxtlarının səmərəli təşkili və həmçinin fiziki potensialının üzə çıxarılmasıdır.

Yarışda ümumilikdə 8 komanda və hər komandadan 7 nəfər olmaqla 56 gənc qalib adı uğrunda mübarizə aparmışdır.

Gərgin keçən yarışmanın yekun nəticəsinə əsasən I yerə Qızıl Aypara-2, II yerə Qızıl Aypara-1 və III yerə isə Sumqayıt "Asan Xidmət” mərkəzinin Mübariz adlı komandası layiq görülmüşdür.

Qalib komandalar şəhər Gənclər və İdman Baş İdarəsinin kubok, medal, fəxri fərmanları və I yeri tutan komandanın üzvləri xatirə hədiyyəsi ilə təltif edilib.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

KATEQORIYALAR