Sumqayıtda hava

Manşet, Cəmiyyət

Tozlu hava şəraitinin 2 gün davam edəcəyi gözlənilir.

Tozlu hava şəraitinin 2 gün davam edəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin apardığı monitorinqlərin nəticələrinə əsasən bu gün ölkə ərazisində havada olan tozun miqdarının sanitar normadan artıq olduğu məlum olub. Buna səbəb ölkə ərazisinə şərq, cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan toz-dumanının daxil olmasıdır.

Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə səhər saat 7:00-da Bakı və Abşeron yarımadasında tozun miqdarının sanitar normadan 20 faiz, saat 10:00-da isə 3 dəfə yuxarı olduğu qeydə alınıb.

Meteoroloji proqnoza əsasən tozlu hava şəraitinin 2 gün davam edəcəyi gözlənilir.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

KATEQORIYALAR