Sumqayıtda hava

Manşet, Hadisə

Kriminal xronikada Sumqayıt və Sumqayıtlılar

Kriminal xronikada Sumqayıt və Sumqayıtlılar

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bilgisinə görə,

Sumqayıt şəhəri ərazisindəki evlərdən elektrik naqili və alətlər oğurlamaqda şübhəli bilinən N.Səmədov saxlanılıb.

Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqust ayı ərzində şəhər ərazisindəki iki evdən 120 metr elektrik naqili və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Nəriman Səmədov saxlanılıb.

İki evdən qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini T.Muradov saxlanılıb.

Masallı RPŞ, Sabunçu RPİ və Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iki evdən qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Teyyub Muradov Sumqayıt şəhəri ərazisində saxlanılıb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun iyulun 18-də Masallı rayonunun Səmidxan kəndindəki evlərin birindən 300 manat, sənəd və məişət əşyaları oğurlaması da müəyyən edilib.

 

Novxanı qəsəbəsi ərazisində "Mercedes” markalı avtomobillə Sumqayıt şəhər sakini B.Dadaşov vurulub.

Sentyabrın 2-də saat 3 radələrində Binəqədi rayonunun Novxanı qəsəbəsi ərazisində Bakı şəhər sakini Sərxan Bayramzadə idarə etdiyi "Mercedes” markalı avtomobillə yolu keçən Sumqayıt şəhər sakini Babək Dadaşovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada sentyabrın 4-də orada ölüb.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

 

Abşeron rayonunun Novxanı kəndi ərazisində yol-nəqliyyat hadisəsi

Sentyabrın 4-də saat 20 radələrində Abşeron rayonunun Novxanı kəndi ərazisində Masazır kənd sakini Məmməd İsmayılov idarə etdiyi "Mercedes” markalı avtomobillə yolu keçən Şəki rayon sakini Hikmət Nəsrullayevi vurmuş və nəticədə piyada hadisə yerində ölüb.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

KATEQORIYALAR