Sumqayıtda hava

Manşet, Cəmiyyət

Zakir Fərəcov orta məktəblərdə - FOTOLAR

Zakir Fərəcov orta məktəblərdə - FOTOLAR

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov yeni tədris ilinə hazırlıqla bağlı təhsil müəssisələrində görülmüş işlərlə yaxından tanış olmaq üçün bəzi təhsil müəssisələrində olub.

 

9 və 11 saylı məktəblərdə olan şəhər rəhbəri mövcud şəraitlə yaxından tanış olub, tapşırıq və tövsiyələrini verib.

Vurğulanıb ki, ölkəmizdə, eləcə də Sumqayıt şəhərində təhsilə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Təhsil müəssisələrində tədrisin, təlim-tərbiyənin keyfiyyətinin yaxşılaş­dırıl­­­­­­ması, maddi-texniki bazanın möhkəmləndirilməsi hər zaman diqqət mərkəzində saxlanılır.

Şəhərdə aparılan abadlıq və quruculuq işlərinin ümumi ahənginə uyğun olaraq məktəb ərazilərinin abadlaşdırılması və yaşıllaşdırılması işləri həyata keçirilir.

Yeni dərs ilinə hazırlığı təmin etmək məqsədi ilə bütün məktəblərdə təmir işləri aparılıb, istilik sistemləri təmir olunub, mövcud çatışmazlıqlar aradan qaldırılıb.

"Yenisumqayit.az"

Zakir Fərəcov orta məktəblərdə - FOTOLAR

Zakir Fərəcov orta məktəblərdə - FOTOLAR

Zakir Fərəcov orta məktəblərdə - FOTOLAR

Zakir Fərəcov orta məktəblərdə - FOTOLAR

 





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR