Sumqayıtda hava

Manşet, Cəmiyyət

Zakir Fərəcov şəhərin daha 4 məktəbində olub

Zakir Fərəcov şəhərin daha 4 məktəbində olub

Sumqayıt şəhər ümumtəhsil məktəblərində yeni dərs ilinə hazırlıq işləri davam edir.

İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 2018-2019-cu il tədris ilinin başlaması ilə əlaqədar olaraq görülmüş işlərlə yaxından tanış olmaq üçün davamlı olaraq şəhərdə fəaliyyət göstərən ümumtəhsil məktəblərində olur.

Zakir Fərəcov bu dəfə Hacı Zeynalabdin qəsəbəsində yerləşən 6 saylı, 13-cü mikrorayonda yerləşən 34 saylı, 11-ci mikrorayonda yerləşən 31 sayı və eləcə də şəhərin 2-ci mikrorayon ərazisində yerləşən 3 saylı tam orta məktəblərdə olub.

Məktəblərdə yeni tədris ilinə hazırlıqla bağlı görülmüş işlərlə yaxından tanış olan şəhər rəhbəri müəllim kollektivləri ilə görüşüb. Şəhərdə aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri, Sumqayıt təhsilinin inkişafı, son illərdə təhsil sahəsində əldə olunmuş naliyyətlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Son illərdə Sumqayıt şəhərində görülmüş işlərə görə ölkə başçısına və şəhər rəhbərinə minnətdarlıq edilib, təkliflər səsləndirilib.

"Yenisumqayit.az"

Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR