Sumqayıtda hava

Cəmiyyət

"Azərikimya"da növbəti “Xəmsə” keçirildi

"Azərikimya"da növbəti “Xəmsə” keçirildi

"Azərikimya" İstehsalat Birliyinin təşkilatçılığı ilə Sumqayıtın bir sıra idarə, müəssisə və təşkilatlarını təmsil edən komandalar arasında 20 sentyabr – Neftçilərin peşə bayramı gününə həsr olunmuş "Xəmsə” bilik yarışı keçirilib.

"Azərikimya” İB-nin də təmsil olunduğu yarışda "SOCAR-Polymer” MMC-nin, SOCAR Karbamid zavodunun, YAP Sumqayıt şəhər təşkilatının, Sumqayıt şəhər Təhsil şöbəsinin, Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin, Gənclərin İntellektal Mərkəzinin, "N” saylı hərbi hissənin, "BERC GROUP”un, Mərkəzləşdirilmiş kitabxanalar sisteminin, "Təfəkkür” və "İstedad” liseylərinin, Sumqayıt Heydər Əliyev Mərkəzinin komandaları da daxil olmaqla 20 komanda qatılıb.
Üç seçim və bir final mərhələsindən ibarət olmaqla dörd saatdan artıq davam edən bilik yarışında yüksək bilik səviyyəsi, məntiqi və mühakiməyürütmə qabiliyyəti ilə seçilən "BERC GROUP” komandası birinci yerə layiq görülüb, Gənclərin İntellektal Mərkəzi və "Tərəqqi” komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutub. "Azərikimya” İB-nin komandası həvəsləndirici mükafata layiq görülüb.
Qalib komandalara fəxri diplom və mükafatlar təqdim olunub.

"Yenisumqayit.az"

"Azərikimya"da növbəti “Xəmsə” keçirildi

"Azərikimya"da növbəti “Xəmsə” keçirildi

"Azərikimya"da növbəti “Xəmsə” keçirildi





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR