Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıtda Gənclər Təşkilatları 9 aylıq hesabat verdi

Sumqayıtda Gənclər Təşkilatları 9 aylıq hesabat verdi

Sumqayıt şəhər Gənclər evində şəhərin müxtəlif sahələrində fəaliyyət göstərən gənclər təşkilatları ilə 2018-ci ilin 9 ayı ərzində görülən işlər və qarşıda duran vəzifələrə dair görüş keçirib.

Gənclər evində və İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov ölkəmizin digər bölgələrində olduğu kimi Sumqayıtda da dövlət gənclər siyasətinin uğurla həyata keçirildiyini, şəhər rəhbərinin diqqət və qayğısı nəticəsində Sumqayıtda həyatın bütün sahələrində gənclərin fəallığı, təşəbbüskarlığı, irimiqyaslı layihələrin icrasında və idarəetmədə rolu, dövlətə və dövlətçiliyə sədaqətçilik, vətənpərvərlik ruhu və vətəndaşlıq mövqeyinin möhkəmləndirilməsi, istedadlı, yaradıcı gənclərin üzə çıxarılması və könüllülük hərəkatının genişləndirilməsi istiqamətində görülən işlərdən danışıb, "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı” haqqında iclas iştirakçılarının diqqətinə çatdırıb.

C.Hüseynov bildirib ki, hesabat dövründə Baş İdarə tərəfindən gənclərin dinamik inkişafı məqsədilə dövlət gənclər siyasətinin istiqamətlərinə uyğun şəhərdə keçirilmiş 92 müxtəlif tədbirdə 10000 nəfərə yaxın gənc tamaşaçı və iştirakçı qismində iştirak edib, gənclərin təşkilatlanması üçün zəruri imkanlar yaradılıb, mövcud təşkilatların ümumi maraqlar əsasında birləşdirilməsi və könüllülük prinsipi əsasında əlaqələrin möhkəmləndirilməsində fəaliyyət artırılıb, tələbələrin ictimai həyatda fəallığının genişləndirilməsi, qeyri-hökümət təşkilatları ilə qarşılıqlı fəaliyyətin gücləndirilməsi diqqət mərkəzində saxlanılıb.

Sumqayıt Dövlət Universitetinin tələbə-gənclər təşkilatının sədri Nicat Hüseynov, Asan Xidmət Mərkəzinin Gənclər Birliyinin üzvü Rza Mirzəzadə, Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının üzvü Emin Əliyev, Sumqayıt Gənclər Evinin əməkdaşı Məhəmməd Hüseynov, Sumqayıt Gənclər Klubunun sədri Teymur Aslanlı görülən işlər və qarşıda duran vəzifələrlə bağlı çıxışlar edərək, təşkilatın fəaliyyəti, maraq sahələrinə uyğun yaradılmış istiqamətlər, klublar, təkliflərin öyrənilməsi məqsədi ilə keçirilən tədbirlər, yeni təşəbbüslər haqqında məlumat veriblər.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR