Sumqayıtda hava

Manşet, Hadisə

Sumqayıtda güclü yanğın, şəhəri tüstü bürüdü

Sumqayıtda güclü yanğın, şəhəri tüstü bürüdü

Sumqayıtda, İnşaatçılar qəsəbəsində güclü yanğın qeydə alınıb. Hadisə nəticəsində şəhəri güclü qara tüstü bürüyüb.

Sputnik Azərbaycan xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 2 maşını cəlb olunub.

Yanğın Sumqayıtda sənaye zonasında başlayıb. Ərazidə təkərlər yandırılıb. Sumqayıt Şəhər İcra Hakimiyyətindən verilən açıqlamaya görə, narahatçılığa heç bir səbəb yoxdur. Artıq ərazidə yanğın hadisəsinin qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Alovun güclü tüstü ilə müşayiət olunmasına səbəb küləkli havadır.

Qeyd edək ki, səhər saatlarından Azərbaycanın şimal bölgəsində, eləcə də paytaxt Bakıda və Sumqayıtda güclü külək əsir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət edib.

"Yenisumqayit.az"

Sumqayıtda güclü yanğın, şəhəri tüstü bürüdü

 


 





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR