Sumqayıtda hava

Manşet, İqtisadiyyat

SOCAR-dan maaş artımı ilə bağlı AÇIQLAMA

Prezident İlham Əliyevin əhаlinin maddi rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi siyasi kursa uyğun olaraq, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidentinin əmri ilə şirkət üzrə bütün əməkdaşların əmək haqqları artırılıb.

"Yenisumqayit.az" xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilib. SOCAR Prezidenti Rövnəq Abdullayev sentyabrın 1-dən SOCAR-da çalışan işçilərin tarif (vəzifə) maaşlarının artırılması barədə əmri imzalayıb. Əmrə əsasən 1 sentyabr 2019-cu il tarixdən SOCAR-da çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları 20 % artırılıb. Bildirilir ki, maaşın artırılması dənizdə və digər ağır iş şəraitində çalışan həmkarlarımızın real gəlirlərinə daha çox təsir göstərəcək.

Xatırladaq ki, SOCAR-da son dəfə maaş artımı 2018-ci ildə həyata keçirilmişdi.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

KATEQORIYALAR