Sumqayıtda hava

Elan

Beynəlxalq Bankın İT Akademiyasına qəbul başlandı - ŞƏRTLƏR

Beynəlxalq Bankın İT Akademiyasına qəbul başlandı - ŞƏRTLƏR

Sentyabrın 9-da Azərbaycan Beynəlxalq Bankı ilə "DAN.IT” təhsil mərkəzi arasında IBA Tech Akademiyasının fəaliyyətinə dair tərəfdaşlıq müqaviləsi imzalanıb. Sentyabrın 9-dan IBA Tech Akademiyasına qəbulun başlandığı elan edilib. 18 yaşı tamamlanmış, proqramçı olmaq istəyən şəxslər qəbul üçün akademiyanın internet səhifəsi üzərindən onlayn ərizə göndərə bilərlər: www.ibatech.az

Akademiyanın yaradılmasında məqsəd ölkəmizin əmək bazarındakı ehtiyacları nəzərə alaraq peşəkar IT mütəxəssislərinin hazırlanmasına dəstək olmaqdır. Akademiyada təhsil ödənişsiz olacaq.

Müşahidə Şurasında CISCO, WiX, SIGMA və s. bu kimi qurumlar təmsil olunan və IT təhsili sahəsində bir çox qlobal şirkətlərə tərəfdaşlıq köməyi göstərən "DAN.IT” mərkəzi də ABB-nin ölkəmizin biznes mühitində ilk dəfə olaraq həyata keçirdiyi bu sosial layihənin icrasında yaxından iştirak edəcək.

Akademiyada təşkil olunan intensiv bootcamp proqramlarında iştirak üçün müraciət edənlər arasından 2 istiqamət üzrə 100 tələbə seçiləcək. Namizədlər onlayn ərizə göndərdikdən sonra seçim 4 mərhələ üzrə aparılacaq: qeydiyyat, məntiq testi, texniki test və fərdi müsahibə. Təlimlər oktyabrın 10-dan Bakıda keçiriləcək. Təlimləri beynəlxalq təcrübəli mütəxəssislər İsrailin məşhur TELEM metodikası əsasında aparacaqlar. IBA Tech Akademiyasında təhsil tələbələrə ixtisas bilikləri qazandırmaqla yanaşı, onların fərdi inkişafına, özlərini və layihələrini təqdim etmək bacarıqlarını təkmilləşdirmələrinə kömək göstərəcək. Kurs müddətində xüsusi fərqlənən məzunların işlə təminatına da dəstək veriləcək.

TELEM metodikasının prinsiplərinə görə, IBA Tech Akademiyasına müraciət edən şəxslərin texniki təhsilli şəxslər olması mütləq şərt deyil. Burada hər kəs sıfırdan başlayaraq öyrədiləcək.

IBA Tech Akademiyasına qəbul üçün son müraciət tarixi 30 sentyabrdır.
"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

KATEQORIYALAR