Sumqayıtda hava

Cəmiyyət

SOCAR və tərəfdaşlarından yeni layihə - Azərbaycanda meşə massivinin salınacaq

SOCAR və tərəfdaşlarından yeni layihə - Azərbaycanda meşə massivinin salınacaq

Sentyabrın 17-də Bakının Qaradağ rayonunda yerləşən SOCAR-ın Tullantıların İdarə Edilməsi Mərkəzində SOCAR, BP və BMT-nin İnkişaf Proqramının yeni birgə layihəsinə start verilib. Layihəyə əsasən, uzun illərdir sənaye zonası olan, neft sənaye mərkəzi kimi formalaşmış ərazinin ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi ilə 25 hektar ərazidə yeni meşə massivi salınacaq. Tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə regional prezidenti Qəri Counz, BMT İnkişaf Proqramının Azərbaycan ofisinin rəhbəri Alessandro Frakassetti və layihə rəhbəri Rəfiqə Hüseynzadə iştirak ediblər.

Tədbir iştirakçıları ilk olaraq ərazidə yerləşən Tulantıların İdarə Edilməsi Mərkəzinin işi ilə tanış olublar. Mərkəz barədə qonaqlara ətraflı məlumat verən SOCAR-ın ekologiya üzrə vitse-prezidenti xanım Rəfiqə Hüseynzadə qeyd edib ki, TİEM MDB və Xəzər regionunda neft sənayesində formalaşan istehsalat tullantılarının emalı və idarə edilməsi üzrə ilk və yeganə mərkəzdir. 2016-cı ildə TİEM yenidən qurulduqdan sonra burada qazma şlamlarının emalına başlanılıb. Hazırda 150 nəfər əməkdaşı olan mərkəzin illik istehsalat gücü 100 min tondur. Emaldan sonra qazma şlamının tərkibində olan qiymətli kimyəvi reagent yüksək keyfiyyətdə bərpa olunaraq təkrar qazma prosesində istifadə edilir. Həmçinin, ərazidə quraşdırılmış su təmizləyici qurğular vasitəsi ilə mərkəzdə formalaşan istehsalat suları texniki su səviyyəsinədək təmizlənərək salınacaq yaşıllıqların suvarılmasında istifadə olunacaqdır. Qonaqlara yeni meşə massivinin layihəsi haqqında məlumat verilib.
Ərazidə tədbir iştirakçıları tərəfindən 400 eldar şamı əkilib. Ümumilikdə isə SOCAR, BP və BMT İP-nin dəstəyi ilə TİEM ətrafında 30 min ağac və kol bitkilərinin əkilməsi nəzərdə tutulur.
"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

KATEQORIYALAR