Sumqayıtda hava

İqtisadiyyat

“Yalama Aqropark” MMC şagirdlərə dərs ləvazimatları hədiyyə etdi

“Yalama Aqropark” MMC şagirdlərə dərs ləvazimatları hədiyyə etdi

Xaçmazda Mahmud Əbilov adına Yalama kənd tam orta və Xanoba kənd ümumi orta məktəblərinin birinci sinfinə gedən 80 şagirdə çanta və dərs ləvazimatları hədiyyə olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hədiyyələr şagirdlərə "Bilik günü”ndə Azərbaycanın ən iri heyvandarlıq təsərrüfatlarından olan "Yalama Aqropark” MMC tərəfindən təqdim edilib. Hədiyyə verilən şagirdlərdən 32-si aqroparkın əməkdaşlarının övladlarıdır.

Azərbaycanda yaradılan ilk aqropark Xaçmaz rayonunun Yalama qəsəbəsində yerləşir. 2016-cı il sentyabrın 8-də Prezident İlham Əliyevin iştirakı ilə "Yalama Aqropark”ın açılış mərasimi keçirilib. Layihənin ilkin mərhələsinə uyğun olaraq, "Yalama Aqropark”da 3 min başlıq cins iribuynuzlu heyvandarlıq kompleksi, istehsal gücü saatda 5 ton olan yem zavodu yaradılıb.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

KATEQORIYALAR