Sumqayıtda hava

Manşet, Elan

AZERCELL-dən TƏLƏBƏ TƏQAÜDÜ PROQRAMI 2020

AZERCELL-dən TƏLƏBƏ TƏQAÜDÜ PROQRAMI 2020

"Azercell Telekom” MMC Azərbaycanda təhsil alan tələbələrə aylıq təqaüd almaq imkanını təqdim edir! Tələbə Təqaüdü Proqramı üzrə qalib gələn tələbələr ali təhsillərinin sonunadək aylıq 200 AZN təqaüd almaqla yanaşı, telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərində və sosial fəaliyyətlərində, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək şansını əldə edəcəklər.

AZERCELLİN TƏLƏBƏ TƏQAÜDÜ PROQRAMI ÜZRƏ MÜRACİƏT

Proqramda ortalama qiymətləri yüksək olan son iki kurs tələbələri iştirak edə bilərlər (Bakalavr).

Təqaüd proqramı üzrə müraciət etmək üçün:

müvafiq bölümü seçin: Bakı, SABAH və ya Bölgə Təqaüdü Proqramı;

əlavə olunmuş elektron müraciət ərizəsini doldurun (ərizəni yükləyin);

elekton müraciət ərizəsini, tələbə biletinin və qiymət kitabçasının (transkript) skan versiyasını Telebe@azercell.com mail ünvanına göndərin.

SABAH - AZERCELL TƏLƏBƏ TƏQAÜDÜ PROQRAMI 2020

Təhsil Nazirliyi ilə Azercell Telekom MMC arasında imzalanmış anlaşma memorandumuna əsasən Azercell SABAH qrupları tələbələri üçün hər il xüsusi yerlər ayıracaq.

Proqramda SABAH qruplarının ortalama qiymətləri yüksək olan son iki kurs tələbələri iştirak edə bilərlər (Bakalavr).

AZERCELL BÖLGƏ TƏLƏBƏ TƏQAÜDÜ PROQRAMI 2020

Proqrama region universitetlərinin ortalama qiymətləri yüksək olan son iki kurs tələbələri iştirak edə bilərlər (Bakalavr).

Təqaüd Proqramına müraciət müddəti 16 Sentyabr – 16 Oktyabr 2019.

SABAH qruplarında təhsil alan tələbələrin yalniz @ sabah.edu.az ünvanından gələn müraciətlərinə baxılacaq.

Bütün müraciətlər yalnız elektron ərizə formasında qəbul olunur.

Müraciət ərizəsinə tələb olunan sənədlərin skan versiyası əlavə edilməsə, müraciətlər nəzərə alınmayacaq.

Yalnız seçim mərhələsini uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.

Əlavə məlumat üçün bursary@azercell.com e-mail ünvanına və (012) 4967007 telefonla müraciət edə bilərsiniz.
"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

KATEQORIYALAR