Sumqayıtda hava

Cəmiyyət

Xoşbəxt Yusifzadənin “Ömrümün illəri və izləri” kitabının təqdimatı keçirilib

Xoşbəxt Yusifzadənin “Ömrümün illəri və izləri” kitabının təqdimatı keçirilib

Sentyabrın 17-də Azərbaycan-Fransız Universitetində Fransanın "Total" şirkətinin təçkilatçılığı ilə SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin fransız dilində nəşr olunmuş "Ömrümün illəri və izləri” kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, "Total" şirkətinin regional direktoru Denis Lemarchal, kitabın redaktoru Jeanin Lemarchal, ADNSU-nun rektoru, professor Mustafa Babanlı, SOCAR-ın vitse-prezidenti Tofiq Qəhrəmanov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, professor Akif Əlizadə, beynəlxalq və yerli şirkətlərin rəsmi nümayəndələri iştirak edib.
"Total” şirkətinin regional direktoru Denis Lemarchal X.Yusifzadənin həyat və yaradıcılığından danışaraq bildirib ki, akademik "Ömrümün illəri və izləri” kitabına, xüsusilə də kitabın fransız dilində olan nəşrinə böyük dəyər verir. Onun nüfuzunun Azərbaycan sərhədlərini aşıb və dünya səviyyəsində tanındığını bildirən direktor onun Azərbaycanın neft və qaz sektorundakı böyük əməyindən danışıb.
ADNSU-nun rektoru, professor Mustafa Babanlı öz çıxışında bildirib ki, kitab bir neftçi alimin manifestidir:
"Bu kitab bugünkü gənclər və tələbələr üçün bir örnəkdir”. O qeyd edib ki, neftçi alim ADNSU ilə daima maraqlanır və universitetlə bağlı hər bir xırda məsələ onun diqqətindədir. Bu gün ADNSU-nun tələbələri X.Yusifzadə adına təsis edilmiş təqaüd alırlar.
X. Yusifzadənin adının dahi neftçilərin sırasına qızıl hərflərlə yazıldığını qeyd edən SOCAR-ın vitse-prezidenti Tofiq Qəhrəmanov onu canlı əfsanə adlandırıb və bildirib ki, o, Azərbaycan dənizçilərinin rəmzidir.
SOCAR-ın birinci vitse-prezidentinin müşaviri və kitabın redaktoru Ələkbər Abbasov kitabın ərsəyə gəlməsindən bəhs edib. O, kitabın fransız dilində olunan nəşrində onun adının olmasından qürur hissi duyduğunu bildirib.
"Ömrümün illəri və izləri” kitabının müəllifi, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə çıxış edərək kitabın ərsəyə gəlməsində əməyi olan insanlara təşəkkür edib. O, ADNSU-ya və UFAZ-a tədbirə ev sahibliyi etdikləri üçün öz təşəkkürünü bildirib və ADNSU ilə bağlı tələbəlik xatirələrini bölüşüb. Fransaya səfərlərindən və Azərbaycanın Fransanın "Total” şirkəti ilə əməkdaşlığından geniş danışan X.Yusifzadə "Total” şirkətindən başqa, Azərbaycanda 40-a yaxın Fransa şirkətinin fəaliyyət göstərdiyini vurğulayıb.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

KATEQORIYALAR