Sumqayıtda hava

Manşet, İqtisadiyyat

“Azərikimya”da yeni buxar turbininin inşası üçün müqavilə imzalanıb

"Nobel Oil Services” şirkətinin törəmələrindən biri olan PROKON şirkəti "SOCAR-Uniper” birgə müəssisəsi ilə müqavilə imzalayıb.

"Nobel Oil Services” şirkətindən "Report”a verilən məlumata görə, müqaviləyə əsasən PROKON şirkəti ümumi tikinti və istismara vermə işlərini həyata keçirəcək və "Azərikimya” İstehsalat Birliyində yeni buxar turbininin inşası üçün tikinti materiallarının satınalması daxil olmaqla "SOCAR-Uniper” şirkətinin bütün tikinti işlərinə nəzarət edəcək.

Bildirilib ki, müqavilənin imzalanması polietilen zavodunun operatoru olan "Azərikimya" İB-i üçün elektrik təchizatının artmasına mühüm töhfə verəcək və "SOCAR-Uniper” şirkətinin Sumqayıtda yerləşən kimyəvi kompleksində ümumi tikinti işlərində PROKON şirkətinin iştirakını təmin edəcək.

"Hazırda SOCAR-Uniper şirkətinin elektrik stansiyası iki buxar turbinindən istifadə edərək buxar və enerji istehsal edir. PROKON şirkəti elektrik istehsalını əhəmiyyətli dərəcədə sürətləndirəcək xüsusi hazırlanmış üçüncü buxar turbin qurğusu, eləcə də köməkçi infrastrukturu quraşdıracaq”, - PROKON şirkətinin baş direktoru Azad Namazov qeyd edib.

O əlavə edib ki, layihənin həyata keçirilməsi "Azərikimya İB”nin istehsalat obyektlərinin enerji səmərəliliyinin yüksəldilməsində mühüm rol oynayacaq.

Qeyd edək ki, PROKON 2012-ci ildə Böyük Britaniyada qeydiyyatdan keçmiş "Nobel Oil Services” şirkətinin tikinti və layihələrin idarə edilməsi üzrə törəmə müəssisəsi kimi yaradılıb.
"Yenisumqayit.az"





Xəbər lenti

Təqvim

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR