Sumqayıtda hava

Hadisə

Əfqanıstan vətəndaşı Sumqayıtlı kabel oğrusunu tutub polisə verdi

Əfqanıstan vətəndaşı Sumqayıtlı kabel oğrusunu tutub polisə verdi

Əfqanıstan vətəndaşı, 1992-ci il təvəllüdlü Anil Quullamastahir Heydərli kabel oğrusunu yaxalayaraq polisə təhvil verməyə nail olub.

Oxu.Az-ın verdiyi məlumata görə, hadisə oktyabrın 14-ü, saat 12:40 radələrində Novxanı qəsəbəsində baş verib. Şəxsi ərazidə keşikçi vəzifəsində çalışan əfqan kişi yad birinin çimərlik ərazisində təxminən 10 metrlik elektrik naqillərini kəsdiyinin və gizlənmək istədiyinin şahidi olub. O, oğurluq edən şəxsi yaxalayaraq polisə təhvil verib. Saxlanılan şəxs 1992-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Nəcəfəliyev Məmmədnağı Eldar oğlu olub.

Binəqədi rayonu 43-cü polis bölməsinin əməkdaşları saxlanılan şəxsin digər oğurluq hadisələrində iştirakının olub-olmadığını araşdırır.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

KATEQORIYALAR