Sumqayıtda hava

Manşet, İqtisadiyyat

“Sumqayıt Texnologiya Data Mərkəzi” MMC ilə yeni Peşə Təhsil Mərkəzi arasında memorandum imzalandı

“Sumqayıt Texnologiya Data Mərkəzi” MMC ilə yeni Peşə Təhsil Mərkəzi arasında memorandum imzalandı

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və "Sumqayıt Texnologiya Data Mərkəzi” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb.

 

Təhsil Nazirliyinin məlumatına görə, memorandumun imzalanmasında əsas məqsəd peşəkarlıq səviyyəsinin artırılması ilə bağlı razılaşdırılmış ixtisaslar üzrə kadr hazırlığını təşkil etmək və gələcək kadr ehtiyaclarının ödənilməsi istiqamətində birgə fəaliyyət göstərməkdir. Mərkəzdə təhsil alacaq tələbələrin peşəkar bacarıqlarının inkişafı məqsədilə iş yerində təcrübə proqramları, ixtisas təkmilləşdirilməsi üzrə birgə kursların keçirilməsi və məzun tələbələrin işlə təmin olunması üzrə "Sumqayıt Texnologiya Data Mərkəzi” MMC tərəfindən dəstək göstərilməsi də nəzərdə tutulur.

Ötən ildən fəaliyyətə başlayan Yeni Peşə Təhsil Mərkəzi 2019-2020-ci tədris ilində beynəlxalq təhsil standartlarına əsaslanan və qlobal sənaye tələbatına uyğun olan rəqabət qabiliyyətli kadr hazırlığına istiqamətlənən mərkəz hesab olunur. Mərkəz Sumqayıt Texnologiyalar Parkı, "Huawei”, "Mitsubishi”, "EduMedia”, "Subaru”, "Optimal Electronics”, "Tech Academy”, "Honda”, "Helind”, "Mazda”, "Azedunet”, "Toyota Azərbaycan”, "Mars Academy”, "Turox Aero Technologies”, "Baku Roofing Company”, "Cahan Motors”, "Sigma Tecnical Services”, "Suez”, "Alstom” kimi qabaqcıl müəssisələrlə əməkdaşlıq edir.

"Yenisumqayit.az"





Xəbər lenti

Təqvim

«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 

KATEQORIYALAR