Sumqayıtda hava

Manşet, Cəmiyyət

“Sumqayıt” FK ilk yoxlama oyununda “Kaposvar”a uduzdu

Premyer Liqanın ikinci yarısı üçün hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən "Sumqayıt” FK bu gün ilk yoxlama oyununu keçirib. Ayxan Abbasovun yetirmələri Macarıstan təmsilçisi "Kaposvar”la qarşılaşıb. "Miracle” otelinin stadionunda keçirilən oyunda komandamız 3:4 hesabı ilə məğlub olub.

"Sumqayıt” FK-nın baş məşqçisi Ayxan Abbasov:

"Antalya toplanışında bu gün ilk oyunumuzu keçirdik. Uşaqları istədiyimdən də yaxşı gördüm. Hər hissədə fərqli heyətlə oynadıq. Ümumilikdə futbolçuların hərəkətli olmaları məni sevindirdi. Verilən tapşırıqları səhvsiz yerinə yetirməyə çalışdılar. Vurduğumuz 3 qol üçün nə qədər sevindiksə, buraxdığımız toplara da bir o qədər məyus olduq. Qarşıdakı oyunlarda daha da diqqətli olub, bu oyunda etdiyimiz səhvləri təkrarlamamalıyıq”.

"Yenisumqayit.az"





Xəbər lenti

Təqvim

«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 

KATEQORIYALAR