Sumqayıtda hava

Hadisə

Avtoyuma məntəqəsindən avtomobili qaçırıb Sumqayıtda qəza törətdi

Avtoyuma məntəqəsindən avtomobili qaçırıb Sumqayıtda qəza törətdi

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatı:

DİN-in "102” Zəng Mərkəzinə müraciət edən Bakı şəhər sakini H.Məmmədov yanvarın 15-də saat 1 radələrində Binəqədi rayonunun Mircəlal küçəsindəki avtomobillərin yuyulması məntəqəsindən "BMW” markalı avtomobilinin qaçırıldığını bildirmişdir.

Müraciətlə əlaqədar dərhal Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülmüşdür.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin həmin məntəqədə işləyən Ağcəbədi rayon sakini B.Cavadov tərəfindən qaçırılması və həmin gün saat 4 radələrində Sumqayıt şəhəri ərazisində idarə edərkən maneəyə vurması müəyyən edilmişdir.

B.Cavadov polis əməkdaşları tərəfindən saxlanılmışdır.

Araşdırma aparılır.
"Yenisumqayit.az"





Xəbər lenti

Təqvim

«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 

KATEQORIYALAR