Sumqayıtda hava

Manşet, Cəmiyyət

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Sumqayıtda

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Sumqayıtda

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov yanvarın 16-da Sumqayıt şəhərində vətəndaşlarla görüşüb.

Qəbulda Sumqayıt sakinlərinin müraciət və şikayətlərinə baxılıb. Müraciətlər dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, dini icmaların zəruri dini ədəbiyyatlarla təmin edilməsi və digər məsələlərlə bağlı olub. Məsələlərin bir qismi yerində həll olunub, digər müraciətlər üzrə Komitənin bölgə şöbəsinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

"Yenisumqayit.az"

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Sumqayıtda





Xəbər lenti

Təqvim

«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 

KATEQORIYALAR