Sumqayıtda hava

Manşet, Siyasət

Namizəd Ceyhun Məmmədov seçicilərlə ilk görüşünü Sumqayıtda keçirdi

Namizəd Ceyhun Məmmədov seçicilərlə ilk görüşünü Sumqayıtda keçirdi

9 fevral Parlamentə keçiriləcək növbədənkənar seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Ceyhun Valeh oğlu Məmmədov Sumqayıtda məskunlaşan cəbrayıllı məcburi köçkünlərlə görüş keçirib.

Modern.az xəbər verir ki, görüşdə YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev, Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Məhərrəmov, Sədr müavini Əyyub Quliyev, Jurnalist Araşdırmalar Mərkəzinin sədri Seymur Verdizadə iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan bəhs edib. Ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Partiyanın bu gün ölkəmizin ictimai-siyasi həyatının aparıcı qüvvəsinə çevrildiyini qeyd edib. Heydər Əliyev ideyalarını özünün ideoloji və siyasi mübarizəsinin əsas silahı kimi mənimsəyən Yeni Azərbaycan Partiyası ötən 28 il ərzində bir çox uğurlara imza atıb.

O, Yeni Azərbaycan Partiyasına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərlik etməsi, onun yorulmaq bilməyən titanik fəaliyyəti, partiyamızın inkişafının və qazandığı uğurların əsasını təşkil etdiyini bildirib. A.Fərzəliyev qarşıdan gələn parlament seçkiləri haqqında danışıb, seçkilərdə YAP tərəfindən ən layiqli namizədlərin irəli sürüldüyünü qeyd edib.

Ceyhun Məmmədov bildirib ki, Azərbaycanın siyasi həyatında özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının hakimiyyəti dövründə respublikada siyasi sabitlik təmin olunmuş, dövlətimizin müstəqilliyi möhkəmləndirilmiş, ölkə iqtisadiyyatı daha da inkişaf etmişdir.

O qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin həyata keçirilməsi nəticəsində ölkəmizdə stabillik və əmin-amanlıq yaradılmış, dərin islahatlar həyata keçirilmiş, xalqımıza firavan gələcək vəd edən iqtisadi uğurların təməlləri qoyulmuş, insan hüquq və azadlıqları təmin olunmuşdur. Bu gün həmin siyasət Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və özünün yeni bəhrələrini verir.

Ceyhun Məmmədov seçicilərə müraciətlə vurğulayıb ki, ona göstərilən etimadı doğrultmaq üçün əlindən gələni əsirgəməyəcək. Ölkənin daha da inkişafı və tərəqqisinə xidmət edən yeni qanunvericilik aktlarının hazırlanmasında iştirak edəcəyini qeyd edən Ceyhun Məmmədov idarəetmə sahəsində islahatların daha da səmərəli olması üçün yeni qanunların qəbul edilməsinə çalışacağını bildirib.

Ceyhun Məmmədov ölkəmizdə bütün sahələrin yüksələn xətlə inkişaf etdiyini vurğulayaraq, səhiyyənin daha əl çatan olması, təhsilin səviyyəsinin daha da yüksəldilməsi, gənclərdə elmə, biliyə marağın artırılması istiqamətində çalışacağını bildirib. O, qaçqın və məcburi köçkünlərin həyat səviyyəsinin daha da yüksəldilməsi, onların evlə təmin olunması üçün addımlar atacağını, Dağlıq Qarabağ münaqişəsinin həllində bütün imkanları səfərbər edəcəyini, Qarabağ həqiqətlərinin dünyada daha geniş təbliğinə çalışaçağını vurğulayıb.

Ceyhun Məmmədov həmçinin, Azərbaycan Milli Ordusunun hərbi qüdrətinin və döyüş qabiliyyətinin daha da artırılması işində, gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsində fəal olacağını qeyd edib. Milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə çatdırılması işində, milli-mənəvi dəyərlərin təbliğində, gənclər siyasətinin həyata keçirilməsində, onların milli vətənpərvərlik ruhunda yetişdirilməsində fəal iştirak edəcəyini bildirib.

"Yenisumqayit.az"

 

Namizəd Ceyhun Məmmədov seçicilərlə ilk görüşünü Sumqayıtda keçirdi

Namizəd Ceyhun Məmmədov seçicilərlə ilk görüşünü Sumqayıtda keçirdi

 

 





Xəbər lenti

Təqvim

«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 

KATEQORIYALAR