Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıt Dövlət Dram Teatrında "Vicdanın hökmü" tamaşası nümayiş olundu

Sumqayıt Dövlət Dram Teatrında "Vicdanın hökmü" tamaşası nümayiş olundu

 

Sumqayıt Dövlət Dram Teatrında 20 Yanvar faciəsinin ildönümü ərəfəsində N saylı hərbi hissənin əsgərlərinə vətənpərvərlik mövzusunda tamaşa göstərildi.

Öncə teatrın direktoru Əməkdar artist Mübariz Həmidov xalqın mücadilə tarixində önəmli rol oynamış 20 yanvarın siyasi, sosial-fəlsəfi əhəmiyyətindən danışdı, teatrın repertuarında tarixi əsərlərə bundan sonra da geniş yer veriləcəyini söylədi. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Namis Şirməmmədov, truppa müdiri Zöhrəli Əliyev çıxış edərək səhnə əsərinin bədii məziyyətlərindən və tərbiyəvi rolundan söz açdı. Görkəmli yazıçı-dramaturq Hüseynbala Mirələmovun "Vicdanın hökmü" tamaşası hərbçilər tərəfindən böyük maraqla qarşılandı.

"Yenisumqayit.az"





Xəbər lenti

Təqvim

«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 

KATEQORIYALAR