Sumqayıtda hava

Manşet, Cəmiyyət

Kirayəyə veriləcək MƏNZİLLƏRİN SİYAHISI AÇIQLANDI

Kirayəyə veriləcək MƏNZİLLƏRİN SİYAHISI AÇIQLANDI

Kirayə üsulu ilə veriləcək evlərin siyahısı açıqlanıb. Bu mənzillərin 248-i Bakı şəhərində, 58-i Xırdalan şəhərində, 25-i isə Sumqayıt şəhəri Sülh küçəsində yerləşir.

 

Xeberle.com xəbər verir ki, mənzillərin qiyməti Bakının ərazisindən asılı olmayaraq eynidir və 1850 manat ətrafında dəyişir. Belə ki, Xətai rayonunun Gəncə prospektində sahəsi 96.7 kvadratmetr olan mənzilin satış qiyməti 178.1 min manatdır. Başqa sözlə, mənzilin bir kvadratmetrinin qiyməti 1841 manata başa gələcək. Belə mənzili 25 illik, yəni 300 aylıq müqavilə ilə kirayə götürmək üçün aylıq ödəniş haqqı 594 manat, ilkin ödəniş isə 7122 manat təşkil edəcək.

 

Elə həmin ərazidə sahəsi 86.4 kvadratmetr olan mənzilin qiyməti 159.1 min manatdır, yəni kvadratmetri 1841 manat təşkil edir. Belə mənzili almaq üçün aylıq ödəniş 530 manat, ilkin ödəniş 6364 manat təşkil edir.

102.6 kvadratmetrlik mənzilin qiyməti isə 188.9 min manatdır. Bu mənzili 300 aylığa almaq üçün aylıq ödəniş 630 manat, ilkin (yəni 12 aylıq) ödəniş 7557 manatdır. Sahəsi 111.3 kvadratmetr olan mənzilin qiyməti isə 204954 manat təşkil edir. Aylıq ödənişi 683 manat, ilkin ödəniş 8198 manatdır. Xırdalan şəhərindəki mənzillərin qiyməti də bu həddədir. Xırdalanda sahəsi 68.3 kvadratmetr olan 1 otaqlı mənzilin qiyməti 127.3 min manatdır. Bu mənzilin kvadratmetri 1863 manat təşkil edir.

"Yenisumqayit.az"





Xəbər lenti

Təqvim

«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 

KATEQORIYALAR