Sumqayıtda hava

Dünya

SDU əməkdaşı beynəlxalq müsabiqədə münsif kimi iştirak edəcək

SDU əməkdaşı beynəlxalq müsabiqədə münsif kimi iştirak edəcək

11-15 may 2020-ci il tarixlərində ABŞ-ın Anahaym şəhərində Beynəlxalq Elm və Mühəndislik Sərgisi (İSEF – İnternational Science and Engineering Fair) keçiriləcək. Bu il müsabiqənin tarixində ilk dəfə olaraq münsiflər heyətinin tərkibinə fizika və astronomiya kateqoriyası üzrə "Böyük Mükafat” münsifi qismində azərbaycanlı alim - Sumqayıt Dövlət Universitetinin əməkdaşı, "Sabahın alimləri” Respublika müsabiqəsinin Elmi Ekspertiza Komitəsinin rəhbəri dosent Samir Orucov da daxil edilib.

1958-ci ildən etibarən ABŞ-da keçirilən İBeynəlxalq Elm və Mühəndislik Sərgisinə hər il 70-80 ölkədən 9-11-ci sinif şagirdlərindən ibarət komandalar iştirak edir.
2012-ci ildən etibarən "Sabahın alimləri” Respublika müsabiqəsinin qaliblərindən ibarət komanda İSEF-də Azərbaycanı uğurla təmsil edir.
"Yenisumqayit.az"





Xəbər lenti

Təqvim

«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 

KATEQORIYALAR