Sumqayıtda hava

Elan

Baş Dövlət Yol Polisi İdarəsi hazırlıq kurslarına qəbul elan edir - ŞƏRTLƏR

Baş Dövlət Yol Polisi İdarəsi hazırlıq kurslarına qəbul elan edir - ŞƏRTLƏR

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi yol-patrul xidməti inspektoru (sıravi və kiçik rəis heyəti) vəzifəsində xidmət aparılması üçün hazırlıq kurslarına qəbul elan edir.

Kurslarda ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, sürücülük hüququna malik, aydın nitq qabiliyyəti olan, yaşı 20-dən 25-dək, boyu 180 santimetrdən hündür, idman cüssəli, həqiqi hərbi xidmət müddətini tam başa vuran, əvvəllər özü və yaxın qohumları qəsdən törədilən ağır cinayətlərə görə məhkum olunmayan (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla), "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə" ilə müəyyən edilmiş şərtlərə cavab verən Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.
Kursları müvəffəqiyyətlə bitirib buraxılış imtahanlarından məqbul qiymət almış şəxslər DYP bölümlərinin vakant YPX inspektoru vəzifələrinə təyin ediləcəklər.
Kurslarda iştirak etmək istəyən şəxslər 20.02.2020-ci il tarixədək hər iş günü saat 10:00-dan 17:00-dək Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə (Bakı şəhəri, Xırdalan – Binəqədi şossesi 4) müraciət edərək aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:
- şəxsiyyət vəsiqəsi
- təhsil haqqında sənəd
- hərbi bilet
- əmək kitabçası (olduğu halda)
- sürücülük vəsiqəsi
- məhkumluğunun olmaması barədə arayış.
Əlaqə telefonları: +99412 590 81 10, +99412 590 81 39

"Yenisumqayit.az"





Xəbər lenti

Təqvim

«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 

KATEQORIYALAR