Sumqayıtda hava

Manşet, İqtisadiyyat

Sumqayıtda yolların təmiri davam etdirilir

Sumqayıtda yolların təmiri davam etdirilir

2020-ci ildə Bakı şəhəri, Sumqayıt və Xırdalan şəhərlərində, həmçinin Abşeron rayonu ərazisində ilkin olaraq ümumi uzunluğu təqribən 330 km olan şəhər küçə və prospektləri, həmçinin qəsəbədaxili yollar və küçələr təmir olunacaq. Bu barədə məlumatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yayıb.

Dövlət başçısının imzaladığı sərəncamlara əsasən, ümumi uzunluğu 157.7 km olan Xəzər (20 km), Sabunçu (15 km), Binəqədi (30 km) və Abşeron (29.2 km) rayonlarının qəsəbədaxili yollarının, Suraxanı rayonunun Yeni Suraxanı (31.6 km) qəsəbəsinin yollarının, həmçinin Xırdalan (10.5 km) və Sumqayıt (21.4 km) şəhərlərinin küçələrinin və yaşayış massivlərinin yollarının təmiri davam etdirilir.

Bundan əlavə dövlət investisiya proqramı çərçivəsində Bakı şəhərinin 12 rayonu üzrə ümumi uzunluğu 171.5 km olan qəsəbədaxili küçə və yolların təmiri işləri də aparılır. 2019-cu il ərzində Bakı şəhərində ümumi uzunluğu 301.5 km km olan şəhər küçə və prospektləri, həmçinin qəsəbədaxili yollar və küçələr təmir edilib.

"Yenisumqayit.az"





Xəbər lenti

Təqvim

«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 

KATEQORIYALAR